Baş səhifə    » SON 10 İL    » Beynəlxalq təşkilatların rəyi   

Beynəlxalq təşkilatların rəyi

  


2008-ci ildə Dünya Bankı Azərbaycanı ən islahatçı ölkə elan edib. Beləliklə, sözügedən dövlət proqramı qarşıda qoyulan əsas məqsədə, yəni iqtisadi inkişafın regional baxımdan tarazlığının təmin edilməsi, rayonlarda vətəndaşların sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafına yönəlmiş tədbirlərin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsinə nail olub. 

BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatı - Azərbaycan "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna yüksəlmişdir. Hesabatın əhatə etdiyi 169 ölkə arasında son 5 ildə Azərbaycan ən sürətli irəliləyişə nail olan dövlətdir. 2005-ci ildə 105-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə qalxıb. Nəticədə Azərbaycan “Orta insan inkişafı” qrupu ölkələrini tərk edərək Braziliya, Türkiyə və Malayziya kimi “Yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olub.
Azərbaycanın İnsan İnkişafı İndeksi 1995-ci ildən 2010-cu ilədək 27% artaraq 0,563-dən 0,713-ə yüksəlib. Bu müddət ərzində Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu 5 il, gözlənilən təhsil illəri 3 il və adambaşına düşən ümummilli gəlir 338% artıb. 

“Qlobal Rəqabətlilik Hesabatı” - Azərbaycan ölkələrin rəqabət qabiliyyəti reytinqində 142 ölkə arasında 55-ci yer, makroiqtisadi mühitin stabilliyi altindeksi üzrə 16-cı, əmək bazarlarının effektivliyi üzrə 14-cü mövqeni tutub.

Dünya İqtisadi Forumu - informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə MDB məkanında 1-ci yer.

"Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi - kredit reytinqi "Stabil"dən "Pozitiv"ə yüksəltmişdir.

"Moody's" Beynəlxalq Reytinq Agentliyi - Azərbaycan üzrə reytinq proqnozunu "Stabil"dən "Pozitiv"ə yüksəltmişdir.

"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi - ilk dəfə olaraq Azərbaycana investisiya səviyyəli beynəlxalq reytinq vermişdir. Bu günlərdə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini BBB- səviyyəsində və proqnozunu "Pozitiv" səviyyəsində təsdiqləmişdir.

"Doing Business" hesabatı - "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, "Doing Business 2010" və "Doing Business 2011" hesabatında isə ölkəmiz mövqelərini qoruyub saxlamışdır. "Doing Business 2011" hesabatında Azərbaycan 183 ölkə arasında 54-cü yeri tutmuşdur. Hesabatda 2006-cı ildən etibarən 5 il ərzində Azərbaycanın biznes mühiti üzrə əhəmiyyətli islahatlar apardığı və biznes mühitinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırdığı qeyd edilmişdir.



Oxunub: 194436