Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Komitələr və fondlar    » Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası   

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

  

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası  (AHİK) 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və sahələrarası birliklərinin könüllü ittifaqıdır. AHİK 18610 həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir. Həmkarlar ittifaqı üzvlərinin ümumi sayı – 1600000 nəfərdir. AHİK özündə 26 sahə həmkarlar ittifaqı birliklərini birləşdirir. 24 fevral 1994-cü ildə «Həmkarlar İttifaqları haqqında» AzərbaycanRespublikasının qanunu qəbul edilmişdir.
AHİK 2000-ci ildən Beynəlxalq Azad Həmkarlar İttifaqı Konfederasiyasının (BAHİK) üzvüdür. AHİK sədri  BAHİK-in Mərkəzi və Şərqi Avropa Ölkələri Həmkarlar İttifaqları Şurasının idarə heyətinin üzvüdür. AHİK 1992-ci ildən hökümət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə isə II  Qurultayı, 2008-ci ildə III Qurultayı keçirilmişdir.




Oxunub: 247061