Baş səhifə   » TARİXİ GÜNLƏR    » May   

May

  


1 may 
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və publisist, əməkdar incəsənət xadimi Məmməd Səid Ordubadinin xatirə günüdür.
1494 – Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Məhəmməd Füzuli (1494-1556) Iraqın Kərbəla şəhərində anadan olub.
1900 – Çar Rusiyası hökuməti tərəfindən "Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında” qanun verilib.
1901 - Əməkdar elm xadimi,terapevt və kardioloq Cahangir Abdullayev anadan olub. 
1913 - Əməkdar elm xadimi, texnika elmləri doktoru, akademik Çingiz Cuvarlı doğulub. 
1918 – «Bakı Komissarları Soveti»nin qoşunları Qubaya hücum ediblər.
1920 – Bakıda Xalq Cümhuriyyəti hökumətini devirəndən sonra bolşevik Rusiyasının ordu hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşıblar.
1934 - Tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadə dünyaya gəlib.
2 may 
1908 - Azərbaycanın və Şərqin ilk qadın kinorejissoru Qəmər anadan olub.
1879 - Azərbaycanın görkəmli teatr xadimi, aktyor, publisist Mehdi bəy Hacınski doğulub.
1912 - Rejissor, xalq artisti, dövlət mükafatı laureatı Məhərrəm Haşımov anadan olub. 
1920 - Səhnə ustası, respublikanın əməkdar artisti Ətayə Əliyeva anadan olub. 
1925 - Əməkdar neftçi, Sosialist Əməyi Qəhrəmanı Yusif Kərimov anadan olub. 
1992 – Türkiyənin baş naziri Süleyman Dəmirəl Azərbaycana ilk səfərə gəlib.
1995 – Milli Məclis Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üzrə komissiyanın tərkibi təsdiq edib.
2002 - Bakı İdman-Konsert Kompleksində sərbəst güləş üzrə 45-ci Avropa çempionatının açılışı olmuşdur.
2003 – Prezident Heydər Əliyev faşizm üzərində Qələbənin 58-ci ildönümü münasibətilə amnistiya təşəbbüsü ilə çıxış edib.

3 may 
Dünyada Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd olunur.
1857 – Yazıçı-publisist, tərcüməçi, aktyor və teatrşünas Əsgər Adıgözəlov (Gorani) anadan olub.
1920 – Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başlayıb.
1938 - Səhnə ustası, xalq artisti Kamal Xudaverdiyev doğulub. 
1995 – Türkiyənin xarici işlər naziri Ərdal İnönünün Bakıya səfəri gedişində qardaş ölkənin yardımı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsi istifadəyə verilib.

4 may 
1855 - El şairi, aşıq  Molla Cuma anadan olub. 
1864 - Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri olan Əlimərdan bəy Topçubaşov doğulub. 
1949 – Şair, əməkdar incəsənət xadimi Elman Həbib Naxçıvanda anadan olub.   
1994 – Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Parlamentlərarası Assambleyasının iclası çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsə nail olmaq yönündə danışıqlar başlanıb.
1994 – Prezident Heydər Əliyevin Brüsselə (Belçika) səfəri gedişində NATO-nun mənzil-qərargahında Azərbaycanın alyansın "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmasına dair çərçivə sənədini imzalayıb.
1995 – Prezident Heydər Əliyevin iştirakı ilə Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin binasının (Azadlıq küç, 83) rəsmi açılış mərasimi keçirilib.

5 may  
1866 - Yazıçı və publisist Eynəli bəy Sultanov anadan olub. 
1886 - Görkəmli səhnə xadimi, xalq artisti, SSRİ Dövlət mükafatı laueratı Sidqi Ruhulla anadan olub. 
1892 – XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavad anadan olub. 
1908-ci ildə görkəmli kimyaçı-alim, akademik Murtuza Nağıyev anadan olub.
1910-Görkəmli mədəniyyət xadimi, rejissor pedaqoq Adil İsgəndərov Gəncədə doğulub. 
1912- Tanınmış yazıçı-jurnalist, mahir tərcüməçi Məmməd Əkbər anadan olmuşdur.
1923 - Alim, iqtisad elmləri doktoru, akademik Əhməd Mahmudov anadan olub.
1930-Xanəndə və pedaqoq, əməkdar müəllim Nəriman Əliyev anadan olub.
1930-Tanınmış xanəndə, xalq artisti Yaqub Məmmədov dünyaya gəlib. 

6 may 
1856 – Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova anadan olub.
1884 - Azərbaycan coğrafiyaşünası, maarif xadimi Qafur Rəşad Mirzəzadə doğulub. 
1907- Azərbaycanda hidrogeologiyanın banisi, professor Əziz Əsgərov anadan olub. 
1913 - Tanınmış səhnə xadimi, əməkdar artist İmamverdi Bağırov doğulub.
1921 – I Ümumazərbaycan sovetlər qurultayı (6-19 may) işə başlayıb.
1930-Tarix elmləri doktoru, professor Rafiq Rəcəbov anadan olub. 
1949 - Qafqaz bölgəsində ilk dəfə ən iri suvarma sistemlərindən biri – Samur-Dəvəçi kanalı işə salınıb. 
1991 – Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti Ermənistan parlamentinin Dağlıq Qarabağ münaqişəsini SSRİ xalq deputatları qurultayının müzakirəsinə çıxarmaq cəhdinə etiraz olaraq Moskvaya, SSRİ Ali Sovetinə müraciət qəbul edib.

8 may  
1883 – 520 kilometrlik Bakı-Tiflis-Batumi dəmir yolu xətti fəaliyyətə başlayıb.
1910 - Tanınmış tənqidçi və ədəbiyyatşünas, professor Cəfər Xəndan anadan olmuşdur.
1917 - Xalq artisti, tarzən Əlağa Quliyev anadan olub. 
1919 – Tanınmış bəstəkar və pedaqoq Soltan Hacıbəyov  Şuşada anadan olmuşdur.
1992 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağdakı ən böyük yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal ediblər.
1992 – Azərbaycan Respublikası İsveç və İtaliya ilə diplomatik əlaqələr qurub.
1994 - Rusiyanın ATƏT-in Minsk qrupundakı təmsilçisi Vladimir Kazimirovun Bakıya gətirdiyi "Bişkek protokolu" Azərbaycan tərəfindən imzalanıb.

9 may 
1907-Alim, akademik, əməkdar elm xadimi Məmmədtağı Qəniyev anadan olub. 
1909 - Görkəmli ədəbiyyatşünas, akademik Məmmədcəfər Cəfərov anadan olub. 

10 may
1914 - Azərbaycanın əməkdar mühəndisi, Dövlət mükafatı laureatı Əliş Ləmbəranski anadan olub. 
1923 – Azərbaycanın görkəmli siyasətçisi və dövlət xadimi, sabiq prezident Heydər Əlirza oğlu Əliyev Naxçıvan şəhərində anadan olub.
1926-Yazıçı-ssenarist, Dövlət mükafatı laureatı, əməkdar mədəniyyət işçisi Əhmədağa Muğanlı anadan olub. 
1934-Görkəmli tənqidçi və ədəbiyyatşünas Şamil Qurbanov dünyaya gəlib.
2004 – Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik irsinin öyrənilməsi və təbliği, bu irsdən bəhrələnərək sosial, xeyriyyə və maarifçilik layihələrı keçirmək məqsədilə yaradılan Heydər Əliyev Fondu fəaliyyətı başlayıb.
2004 –  Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü münasibətilə əfv fərmanı imzalayıb.

11 may
1907-Filologiya elmləri doktoru, professor Nəsir Məmmədov doğulub.
1911-Görkəmli siyasi xadim və dövlət xadimi, yazıçı Nəriman Nərimanovun «Nadir şah Əfşar» pyesi ilk dəfə general Hüseyn xan Naxçıvanskinin evində tamaşaya qoyulub. 
1915 – Azərbaycan heykəltəraşlıq sənətinin banilərindən biri, xalq rəssamı Fuad Əbdürrəhmanov anadan olub.
1917 – Moskvada Ümumrusiya müsəlmanlarının 1-ci qurultayının (1-11 may) yekun sənədləri sırasında Məhəmməd Əmin Rəsulzadənin hazırladığı qətnamə layihəsi qəbul olunub.
1918 – Batumda Zaqafqaziya Seymi ilə Osmanlı arasında yeni danışıqlar başlanıb.
1935 – Xalq yazıçısı, dramaturq, ssenarist Maqsud İbrahimbəyov anadan olub.
2007 – Prezident İlham Əliyev Polşanın Krakov şəhərində keçirilən enerji sammitində iştirak edib.

12 may 
Ümumdünya tibb bacıları günü kimi qeyd olunur. 
1905 – İctimai xadim Ağamirzə Əhmədov  anadan olub. 
1906- «Bakinski raboçi» qəzeti nəşrə başlayıb. 
1907-Gökəmli bəstəkar, xalq artisti, Dövlət Mükafatı laureatı Səid Rüstəmov dünyaya gəlib
1916- Azərbaycanın tanınmış dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Vəli Axundov doğulub. 

13 may
1943 - Xalq yazıçısı, dramaturq, dövlət xadimi Elçin (Əfəndiyev) anadan olub.
1929 – Tanınmış şair və tərcüməçi, əməkdar incəsənət xadimi Hikmət Ziya  anadan olub.
2004 - Avropa Komissiyasının (Avropa Birliyinin ali icra orqanı) Avropa Qonşuluq Siyasətinə dair strategiya sənədini qəbul etdiyi elan olunub.
2005-Tanınmış xanəndə, Azərbaycanın xalq artisti Sara Qədimova dünyasını dəyişib. 
2006 - Azərbaycanda 10 seçki dairəsi üzrə təkrar parlament seçkiləri keçirilib.

14 may
1916 - Azərbaycanın ilk tammetrajlı bədii filmi – İbrahim Musabəyovun «Neft və milyonlar səltənətində» filmi nümayiş etdirilib.
1945 - Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyi rəsmi fəaliyyətə başlayıb. 
2011 - 56-cı  Avroviziya Mahnı Müsabiqəsində müsabiqədə dördüncü dəfə iştirak edən Azərbaycan Respublikası Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi “Running Scared” mahnısı ilə birinci yeri tutmuşdur.  

15 may
1885 - Tanınmış dövlət xadimi, publisist və maarifçi Məhəmmədyusif Cəfərzadə doğulub.
1899 - Xalq artisti, Dövlət Mükafatı laureatı Rza Əfqanlı doğulub. 
1922 - Görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Rauf Hacıyev anadan olub. 
1937 - Azərbaycanın məşhur futbolçusu, idman ustası Tofiq Axundov anadan olub.  

16 may  
XII əsr əsr Azərbaycan şairi Fələki Şirvaninin xatirə günüdür.
1812 – Rusiya-Türkiyə (Osmanlı) müharibəsinin (1806-1812) yekunlarına dair Buxarest sülh müqaviləsi imzalanıb.
1907 – Azərbaycan tanınmış pediatrı və səhiyyə təşkilatçısı, professor Kubra Fərəcova  anadan olmuşdur.
1923 - Əməkdar hüquqşünas, baş ədliyyə müşaviri Həsən Seyidov anadan olub. 
1992 – Azərbaycanda baş vermiş hakimiyyət çevrilişi parlament müstəvisində rəsmiləşib.
1997 – Milli Məclis "Avropada adi silahlı qüvvələr haqqında" müqavilənin Cinah Sazişini ratifikasiya edib.

17 may
1870-Görkəmli yazıçı, dramaturq və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev Şuşada doğulub. 
1936- Şair Vaqif  Hüseynov anadan olub. 
1992 – Erməni işğaçıları Laçını işğal edib (17-18 may) 

18 may 
Ümumdünya muzeylər günü qeyd olunur.
1912 - Azərbaycan ixtioloqu, biologiya elmləri doktoru, Akademiyanın müxbir üzvü Yusif Əbdürrəhmanov anadan olub. 
1927 - Tanınmış cərrah-uroloq, akademik Mirməmməd Cavadzadə anadan olub.
1988 - Ermənistandan azərbaycanlı əhalinin zorla deportasiyasına və ermənilərin Qarabağ iddialarına etiraz olaraq Bakıda ilk izdihamlı mitinq keçirilib.
1990 - Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə respublikada yeni ərazi-inzibati vahidləri yaradılıb.
1992 - Azərbaycanla Moldova arasında diplomatik münasibətlərin qurulması barədə protokol imzalanıb.
1994 - Milli Məclis Ermənistanla əldə olunmuş atəşkəs sazişi (12 may 1994) ilə bağlı cəmiyyətdə səslənən müxtəlif fikirləri nəzərə alaraq Azərbaycan xalqına müraciət edib.
2002 - Prezident Heydər Əliyev İran İslam Respublikasının prezidenti Məhəmməd Xatəminin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.

19 may
1869- Azərbaycanın görkəmli maarifçisi, siyasi və ictimai xadim, publisist, hüquqşünas Əhməd bəy Ağayev Şuşada anadan olub.
1898-Xalq artisti, opera müğənnisi Hüseynağa Hacıbababəyov doğulub. 
1910-Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Dövlət mükafatı laureatı Rəsul Rza dünyaya gəlib. 
1919 - Versal sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndələri Polşa və İran nümayəndə heyətləri ilə görüşüblər. 
1933 - Azərbaycan vokal sənətinin tanınmış nümayəndəsi, əməkdar artist Adil Məlikov  anadan olub.
1935 - Tanınmış şair və tərcüməçi, əməkdar incəsənət xadimi Vladimir Qafarov anadan olub. 
1990 - Respublikada "Prezident" institutu təsis olunub.
1997 - Azərbaycan Respublikası Avropada adi silahlı qüvvələr haqqında müqaviləyə qoşulub. 

20  may
1863-Görkəmli Azərbaycan alimi, filosof və ədəbiyyatşünas Firudin bəy Köçərli Şuşada anadan olub.
1884-Şair, ədəbiyyatşünas və mətnşünas, Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı Salman Mümtaz anadan olub.
1907 - Azərbaycan musiqi mədəniyyətinin tanınmış nümayəndəsi, xalq artisti Həqiqət Rzayeva dünyaya gəlib
1920-Biologiya elmləri doktoru, professor Tofiq Qazıyev anadan olub. 

21 may
1927-Tanınmış Azərbaycan sərkərdəsi, tank qoşunları general – mayoru İbrahim Əhmədov dünyaya gəlib. 

22 may
1879-Görkəmli Azərbaycan şairi Məhəmməd Hadi doğulub. 
1918 - SSRİ xalq artisti, görkəmli aktyor, rejissor, pedaqoq Mehdi Məmmədov anadan olub.
1928-Respublikanın xalq rəssamı Nadir Qasımov anadan olub. 
1937 - Bəstəkar, Xalq artisti Aqşin Əlizadə Bakıda anadan olub.
1945-Tanınmış səhnə ustası, respublikanın əməkdar artisti, Dövlət Mükafatı laureatı Vəfa Fətullayeva anadan olub. 
1961-Tanınmış bəstəkar Hikmət Mirməmmədli anadan olub. 
1990 – Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan SSR parlamentinə seçkilər keçirilməsi cəhdi baş tutmayıb.
1995 - Azərbaycanla Laos Demokratik Respublikası (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 2-də tanıyıb) arasında diplomatik əlaqələr qurulub.
2002 - Vatikan dövlətinin başçısı, Roma Papası İkinci İohann Pavel Azərbaycan prezidenti Heydər Əliyevin dəvətilə Bakıya rəsmi səfərə gəlib.
2006 - Cənubi Azərbaycanın böyük şəhərlərində türk millətinə sataşan məqalənin yazılmasına qarşı etiraz aksiyası keçirilib.

23 may
1911-Görkəmli rejissor, xalq artisti Şəmsi Bədəlbəyli doğulub. 
1919-Xalq yazıçısı Hüseyn İbrahimov anadan olub. 
1923- Bakıda Mərkəzi Dövlət Kitabxanası açılıb. 
25 may
1908-Tanınmış musiqiçi, qarmonçalan Teyyub Dəmirov doğulub. 
1911- Azərbaycanın, eləcə də keçmiş SSRİ-nin ən məşhur geoloq – alimlərindən biri, Sosialist Əməyi Qəhrəmanı, akademik Baba Babazadə dünyaya gəlib.
1911-Hərbi xadim, general-mayor Akim Abbasov Naxçıvanda anadan olub. 
1918 - Nuru paşanın başçılıq etdiyi Osmanlı hərbi heyəti Gəncəyə gəlib.
1919-cu ildə tanınmış əczaçı, professor Rüstəm Əliyev anadan olub. 
1920 - Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq üsyan başlanıb.
1923-Görkəmli alim, iqtisad elmləri doktoru, akademik Əhməd Mahmudov anadan olub. 
1925 - Şair, nasir, dramaturq Həsən Fətullayev anadan olub.
1929-Neftçi-geoloq, əməkdar mühəndis Cümşüd İbrahimov anadan olub.
1938-Tanınmış ictimai xadim Samir Novruzov dünyaya gəlib. 
1992 - Moskvada Rusiya prezidenti Boris Yeltsin və Türkiyənin baş naziri Süleyman Dəmirəlin görüşündə Ermənistan və Azərbaycanı sülh danışıqlarına çağıran birgə bəyanat verilib.
1993 - Azərbaycandan Rusiya (keçmiş SSRİ) qoşunlarının çıxarılması başa çatıb. Gəncədəki sonuncu Rusiya hərbi kontingenti şəhəri tərk edib. Azərbaycandakı Rusiya (sovet) hərbi hissələrinin çıxarılması ilkin olaraq 1992-ci ilin avqustunda Naxçıvan Muxtar Respublikasından başlamışdı.
2005 - Bakı yaxınlığındakı Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan hissəsinə neftin vurulması ilə bağlı mərasim keçirilib. Mərasimdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan prezidentləri, ABŞ-ın energetika naziri, ümumilikdə 30-dan çox ölkənin və şirkətin təmsilçiləri iştirak edirdi.

26 may
1894-Tanınmış Azərbaycan ədəbiyyatşünası, publisist Vəli Xuluflu anadan olub. 
1993- Azərbaycanla Madaqaskar Demokratik Respublikası arasında diplomatik münasibətlər yaradılıb. 
1914 - XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq yazıçısı İlyas Əfəndiyev anadan olub.
1938 - Şair və publisist Adil Rəsul anadan olub. 
1877- Azərbaycan alimi, maarifçi demokrat Məhəmmədəli Tərbiyət Təbrizdə dünyaya gəlib. 

27 may
1906 - Azərbaycan rejissoru, xalq artisti Soltan Dadaşov doğulub.
1918 - Zaqafqaziya Seyminin süqutundan sonra qurumun azərbaycanlı deputatları Tiflisdə fövqəladə iclas keçirərək Azərbaycanın müvəqqəti Milli Şurasını yaradıblar.
1925-Tanınmış yazıçı və ədəbiyyatşünas dövlət xadimi Şıxəli Qurbanov anadan olub. 
1992 - Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun qəbul edib.
2002 - Prezident Heydər Əliyevin imzaladığı əfv fərmanına əsasən, 73 məhbus azadlığa çıxıb.
2008 - "Gülüstan" sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

28 may
1494 - Dahi Azərbaycan şairi Məhəmməd Füzuli anadan olub. 
1918 - Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub.
1919 - Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. 
1942-ci ildə tanınmış telejurnalist Əhməd Aşurbəyov anadan olub.
1947 - Görkəmli bəstəkar, pianoçu, Xalq artisti, Bəstəkar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda anadan olub. 
1992 - Sədərəkdə Naxçıvanı Türkiyə ilə birləşdirən körpünün ("Ümid körpüsü") açılışı olub.
2004 - Azərbaycanla Keniya arasında diplomatik münasibətlər qurulub.
2006 - Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan Azərbaycan nefti Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına çatıb. 

29 may
1555 - Amasiya sülhü bağlanması
1913 - Əməkdar incəsənət xadimi, rəssam Nüsrət Fətullayev anadan olub. 
1919 - Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov dünyaya gəlib.
1925 - Tanınmış neft ustası, əməkdar neftçi, Sosialist Əməyi Qəhrəmanı Yusif Kərimov doğulub.
1946-Tanınmış rəssam və aktyor, əməkdar incəsənət xadimi Elçin Məmmədov doğulub. 
1992- Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlər yaradılıb.             

30 may
1862 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir Şamaxıda anadan olub.
1881- Azərbaycanın tanınmış siyasi və dövlət xadimi, diplomat Behbud ağa Şahtaxtinski anadan olub. 
1909 - Azərbaycan coğrafiyaşünası, okeanoloq Qasım Gül anadan olub.
1910 - Aktyor və rejissor, Respublikanın əməkdar artisti İsmayıl Əfəndiyev anadan olub. 
1918 - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. 
1930 - Şair, publisist Fikrət Sadıq Şamaxı şəhərində doğulub.
1931-Tanınmış naşir və ictimai xadim Əjdər Xanbabayev anadan olub. 
1954 - Aktrisa, Xalq artisti Şükufə Yusupova Bakıda anadan olub.
1991 - Erməni təxribatçılarının Azərbaycana qarşı növbəti terror aktı baş verib.
2003 - Prezident Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərindəki strateji tərəfdaşlığın inkişafındakı tarixi xidmətlərinə görə prezident Heydər Əliyevin Rusiyanın ən yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif edilməsi barədə fərman imzalayıb. 

31 may
1568 - Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Qövsi Təbrizi  anadan olub.
1881- Azərbaycanın görkəmli dövlət və siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və hökumət başçılarından biri Nəsib bəy Yusifbəyli doğulub. 
1898-Tanınmış Azərbaycan xanəndəsi Zülfi Adıgözəlov doğulub.
1906 - Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib.
1912 - Azərbaycanın neft-qaz sənayesi sahəsində tanınmış alimi, professor Sabit Orucov  anadan olmuşdur. 
1920- Sovet hakimiyyətinə qarşı general-mayor Cavad bəy Şıxlinskinin başçılıq etdiyi Gəncə üsyanı amansızcasına yatırılıb. 
1922 - Xalq artisti, görkəmli xanəndə Sara Qədimova  anadan olub.
1929 – Tanınmış bəstəkar, Xalq artisti Oqtay Zülfüqarov anadan olub.
2001 - MDB dövlət başçılarının Minsk sammitində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Heydər Əliyev, Robert Koçaryan və Vladimir Putin arasında keçirilən görüşdə Qarabağ problemi müzakirə olunub.



Oxunub: 1117



Azərbaycan Televiziyaları
İnternet Radio
TEZLİKLƏ
Avia biletlərin satışı,
otellərin rezervasiyaı,
avtomobillərin kirayəsi,