Baş səhifə    » AVROVİZİYA    » Avroviziya-2012    » Baku Crystal Hall   

Baku Crystal Hall

  

“Avroviziya-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”un açılışı olmuşdur.
5000 m2 ərazini əhatə edən 25 000 nəfərlik kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. 
“Baku Crystal Hall”un əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. 
Avroviziya müsabiqəsinin keçirilməsi üçün 6 həftəyə ərsəyə gəlmiş olan - "Bakı Kristal Zalı"nın səhnəsində işıq effektləri və televiziya avadanlıqları quraşdırılıb. "Bakı Kristal Zalı"nda istifadə olunan möhtəşəm işıqlandırma sistemi, 2500-dən çox projektor, 3.000 metrdən artıq naqil Azərbaycana Almaniyadan gətirilib. Səhnənin bəzi elementləri hazır şəkildə Hamburq şəhərindən paytaxtımıza gətirilib. 2 ədəd yük təyyarəsi ilə isə Avropanın müxtəlif şəhərlərindən müasir işıq-diod texnologiyası və videokamera sistemi daşınıb. "Bakı Kristal Zalı"nın səhnəsində 1.300 m-dən artıq sahəsi olan işıq-diod ekranlar "elektron pəncərə"lər formasında yerləşdirilib. Düsseldorfdakı sonuncu Avroviziya şousundan daha böyük ərazini əhatə edən ekranlarda 42 ölkə təmsilçisinin səhnədəki çıxışına uyğun maraqlı görüntülər yayımlanacaq. Avroviziya Mahnı Müsabiqəsi 2011-in, "MTV Video Music Awards" və "X-Faktor", Avropa və ABŞ-da keçirilən "Pop İdol" kimi şouların dizayneri, dünyaca məşhur Florian Wieder tərəfindən hazırlanmış bu ekranlar Avroviziya Mahnı Müsabiqəsi 2012-nin ev sahibi Azərbaycanın "Bakı Kristal Zalı"nda görüntünün əsasını təşkil edir. Buradakı dizaynda arenanın səhnə və podiumları 3D formatında təqdim olunur, həm də Bakının gecə mənzərəsi məşhur musiqi şousunun səhnəsində ekranlara gətirilir.
"Green Room”un pərdə arxasında deyil, tamaşaçıların əyləşdiyi zalda olması Bakı şousunu izləyicilər və ifaçılar üçün daha da yaddaqalan edəcək. Avroviziya Mahnı Müsabiqəsində təmsilçilər və fanlar indiyədək bir-birinə hələ bu qədər yaxın olmayıblar.
Şounu hər bir detalınadək ekrana gətirmək üçün arenada xüsusi sistem vasitəsi ilə 25 HD kamera quraşdırılıb.  Bunun sayəsində Avroviziya Mahnı Müsabiqəsi 2012-dən daha dinamik görüntülər yayımlanacaq.
Dünya auditoriyasını stereo, eləcə də 5.1 Dolby Surround keyfiyyətli səslə təmin edən 2 müstəqil səyyar audio sistem də Avropaya ötürülmənin gücünü artırmağa xidmət edəcək.



Oxunub: 69029