Baş səhifə    » Hacıbaba Zeynalov    »   

Hacıbaba Zeynalov

  

Hacıbaba Məmməd oğlu Zeynalov (1906-1969) – general-mayor
 
H. Zeynalov hərbçi olmaq arzusu ilə 1923-cü ildə Bakıya gəlib, gənc komandirlər məktəbinə qəbul olunmuşdur. Üç illik təhsilini müvəffəqiyyətlə başa vuran Hacıbaba Zeynalov Serqo Orconikidze adına Azərbaycan atıcı diviziyasının ikinci dağ nişançı alayına vzvod komandiri təyin edilmişdir. Böyük Vətən müharibəsi başlananda podpolkovnik Hacıbaba Zeynalov Pribaltika Hərbi Dairəsində "N" diviziyasının şöbə rəisi kimi məsul vəzifədə çalışırdı. Sonra H. Zeynalov 416-cı atıcı Azərbaycan diviziyasının qərargah olmuşdur. Mozdok və İşşersk kəndi uğrundakı döyüşlərdə göstərdiyi qəhrəmanlıq və hərbi bacarığına görə polkovnik Hacıbaba Zeynalov "Qırmızı Bayraq" ordeni ilə təltif olundu. General Hacıbaba Zeynalov iki hərbi Akademiyanın məzunu olmuşdur. O, 1939-cu ildə M.V.Frunze adına hərbi Akademiyanı, 1948-ci ildə isə Baş Qərargah Akademiyasını əla qiymətlərlə bitirmişdir. Müharibədən sonra general Zeynalov korpus komandanının müavini, sonralar 402-ci Azərbaycan atıcı diviziyasının komandiri olmuşdur. 




Oxunub: 354595