Baş səhifə    » İNCƏSƏNƏT    » Festivallar   

Festivallar haqqında

  

Azərbaycan bütün dünyada yüksək mədəniyyəti, möhtəşəm incəsənət nümunələri ilə tanınır. XX yüzilliyi ümumilikdə milli mədəniyyətimizin çoxəsrlik inkişafında yeni mərhələ hesab etmək olar. Ölkəmiz zəngin maddi və mənəvi irsi ilə dünyada layiqincə təmsil olunmaqla yanaşı, bir çox beynəlxalq miqyaslı mədəni tədbirlərə, musiqi və incəsənət festivallarına, konfrans və sərgilərə yüksək təşkilatçılıqla ev sahibliyi edir. Bu tədbirlərin əksəriyyəti artıq ənənə halını alıb və zaman-zaman nəinki paytaxt Bakı, həmçinin respublikanın bölgələri də beynəlxalq statuslu mədəniyyət mərkəzlərinə çevrilib. 
Azərbaycanın bu sahədə qazandığı uğurları nəzərə alaraq ölkəmizdə keçirilən beynəlxalq səviyyəli müxtəlif mədəni tədbirlər haqqında məlumatı diqqətinizə təqdim edirik.    



Oxunub: 92083