Baş səhifə    » İCTİMAİ QURUMLAR    » İttifaqlar   

İttifaqlar

  

Azərbaycan Teatr Xadimləri İttifaqı

1897-ci ildə «Artistlər İttifaqı» adı ilə fəaliyyətə başlayan, sonralar «Türk Aktyorlar İttifaqı» (1920), «Azərbaycan Teatr Cəmiyyəti» (1948) kimi öz fəaliyyətini davam etdirən bu cəmiyyət 1987-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqı adlanır. Aktyor, rejissor, dramaturq və digər teatr peşə sahiblərini könüllülük əsasında birləşdirən Teatr Xadimləri İttifaqı ictimai təşkilatdır. İttifaqın əsas vəzifəsini teatr prosesini canlandırmaq, bütün yeni başlanğıclara təkan vermək, milli teatr sənətimizi çağdaş dünya teatr prosesinə qovuşdurmağa çalışmaq və bunun üçün bütün imkanlardan istifadə etməkdir. 
XIX əsrin sonlarında kiçik bir cəmiyyət kimi fəaliyyətə başlayan bu ictimai birlik ötən əsrin 50-ci illərindən etibarən artıq teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşmışdır. Azərbaycan Teatr Xadimləri İttifaqı YUNESKO-nunBeynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür. Milli teatr prosesində fəal iştirak edən Teatr Xadimləri İttifaqı indiyə qədər  müxtəlif formatlı teatr festivalları («Monotamaşa», 2 «Him-cim» Pantomim, «Milli klassika», 2 «Eksperimental tamaşalar», «Festivallar festivalı», «Uşaq tamaşaları festivalı», «Boş məkanın dolğunluğu») keçirmiş ki, bu da Azərbaycanteatr sənətinin inkişafında böyük rol oynamışdır. 
1992-ci ildə İttifaq teatr xadimləri üşün “Qızıl dərviş” mükafatı təsis etmişdir. 

Ünvan: Bakı,Səbail,Əfzələddin Xaqani,10
Tel: (+99412) 493-17-03,  (+994 12) 493-53-05
Faks: (+99412) 498-52-52
 
Azərbaycan Bəstəkarlar İttifaqı

Azərbaycanda professional bəstəkar və musiqişünasların ən böyük yaradıcılıq təşkilatıdır və  öz fəaliyyətində Azərbaycan musiqi sənətinin yaradıcılıq çoxcəhətliliyini, milli musiqi klassikasının və dünya musiqi mədəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanması və yeniləşdirilməsi prinsiplərini əsas götürür. Azərbaycan Bəstəkarlar İttifaqının yaranma tarixi  1934-cü iə təsadüf edir.
30 iyun 1934-cü ildə  on yeddi  nəfərin iştirakı ilə Azərbaycan Bəstəkarlarının təsis yığıncağı keçirilib. Həmin on yeddi nəfərin yalnız üçü (Əfrasiyab Bədəlbəyli, Zülfüqar Hacıbəyov və  Niyazi)  Azərbaycanlı bəstəkar, milli kadr olub. İttifaqın həyatında ən önəmli hadisə isə üç il sonra, 1937-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun təşkilata sədr seçilməsi ilə baş verib. Bu seçim qısa zamanda İttifaqın fəaliyyət dairəsini genişləndirib, onun nüfuzunu artırıb, sıralarını milli kadrlarla zənginləşdirib. Ü. Hacıbəyov İttifaqa 11 il rəhbərlik edib. Ötən illərdə Azərbaycan Bəstəkarlar İttifaqı dünya musiqi mədəniyyətinə dahi bəstəkarlar və möhtəşəm musiqi əsərləri bəxş edib. 

Ünvan: AZ1000,Bakı,Səbail,Əfzələddin Xaqani,27
Telefon: (+994 12) 598-08-86
Faks: (+994 12) 498-05-69
Veb-səhifə: www.composersunion.az 

Azərbaycan Rəssamlar İttifaqı
Rəssamlar İttifaqı Azərbaycan Respublikasında rəssamların ən böyük ictimai təşkilatıdır.
1920-ci ildə Bakı Dövlət Rəssamlıq Texnikumu yaradılandan səkkiz il sonra 1928-ci ildə Gənc Rəssamlar cəmiyyəti yaradılmışdır və bunula da Azərbaycanda yeni rəssamlar nəsli yetişməyə başlamışdır. Azərbaycan Rəssamlar İttifaqı 1932-ci ildən Azərbaycan rəssamlarının təşkilat komitəsi kimi fəaliyyət göstərmiş, 1940-cı ildə Azərbaycan rəssamlarının I qurultayında yaradılmışdır. İttifaqın əsas vəzifəsi rəssamların və sənətşünasların yaradıcılığına istiqamət vermək, yüksək keyfiyyətli təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin yaradılmasına nail olmaqdır. İttifqaın boyakarlıq, qrafika, miniatür və kitab qrafikası, heykəltaraşlıq, monumental tərtibat, dekorativ-tətbiqi və s. bölmələri var. Bundan əlavə, qurumun nəzdində yaradıcılıq istehsalat kombinatı, səqgi salonları, bədii istehsalat müəssisələri, “Gənc rəssamlar birliyi” (1974-cü ildən) fəaliyyət göstərir.

Ünvan: Bakı,Səbail,Əfzələddin Xaqani,19/13 
Tel: (+994 12) 493-49-94,  (+994 12) 498-69-26,  
Faks: (+994 12) 441-21-97 

Azərbaycan Memarlar İttifaqı
Azərbaycan Memarlar İttifaqı respublika memarlarının ictimai yaradıcılıq təşkilatıdır. 1934-cü ildə yaradılmışdır. 1993-cü ildən Beynəlxalq Memarlar İttifaqının üzvüdür. 
Azərbaycan Memarlar İttifaqı yaşayış və mədəni məişət binalarının, şəhərsalma və bərpa işlərinin layihə tərtibi və tikintisi sahəsində dövlət təşkilatlarına və digər müəssisələrə yaxından kömək göstərir, memarların yaradıcılığına istiqamət verir, yaradıcılıq müşavirələri, seminarlar, müzakirələr, memarlıq müsabiqələri, sərgilər keçirir, Azərbaycan və dünya memarlığının son nailiyyətlərini təbliğ edir. 

Ünvan: Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.
Tel: (+99412) 598-0919
Faks: (+99412) 594-6840 
Veb-səhifə: www.uaa.az  




Oxunub: 496225