Baş səhifə    » MUSİQİ    » Estrada musiqisi   

Estrada musiqisi

  

Estrada – incəsənətin müxtəlif istiqamətlərini özündə birləşdirən musiqi növüdür. Estradada musiqi, illüziya, rəqs, danışıq tərzi və sirk hərəkətlərini özündə birləşdirə bilir.
Azərbaycanda Estrada musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir.
1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (ADEO), 1957-ci ildə “Biz Bakıdanıq” estrada ansamblı, 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri, 60-cı illərdə “Qaya” kvarteti (sonralar vokal-instrumental ansamlı oldu), 1968-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı (ADMT), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri (ADESO) yaranmış və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (Rauf Atakişiyev, Lütfiyar İmanov) təsiri olmuşdur. Rəşid Behbudov, Müslüm Maqomayevin, Polad Bülbüloğlu yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.
Şövkət Ələkbərova, Gülağa Məmmədov, Mirzə Babayev, Oqtay Ağayev, Flora Kərimova, Elmira Rəhimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Mübariz Tağıyev, Hadı Hadıyev, Akif İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstərmişlər. Bu gün estrada janrında ifa edən tanınmış sənətçilər çoxdur: Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Faiq Ağayev, Samir Bağırov, Röya Ayxan və s.



Oxunub: 88002