Baş səhifə   » MƏTBƏX    » Kabablar   

Kabablar

  



Tikə kabab 
Qoyun əti – 330q, baş soğan – 0,60q, göy soğan – 40q, cəfəri və reyhan 0,10q, sumaq – 3q və ya nar şərab – 5q, duz, istiot. Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qram tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır.

Lülə kabab
Qoyun əti -330 q, quyruq yağı – 20 q, baş soğan – 20 q, göy soğan – 40 q, cəfəri və reyhan – 15q, buğda unu – 45 q, sumaq – 3 q, duz, istiot. Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurulub qarışdırılır. Qiymə soyumaq üçün 20 dəqiqə gözlənilir.

Kartof kababı 
Kartof – 350q, qoyun quyruğu – 60q, göy soğan – 40q, cəfəri – 10q, duz, istiot. Kartof soyulur, iriləri 40-50 qram çəkidə doğranır və qaynar duzlu suda pörtülür (15-20 saniyə). Qoyun quyruğu 15-20 qram çəkidə doğranır, növbə ilə kartofla şişə taxılır və manqalda qızardılır. Hazır kababın üstünə göyərti səpilir.

Tava kabab
Qoyun əti – 220q, ərinmiş yağ – 30q, baş soğan – 40q, yumurta – 2əd., şəkər – 5q, sirkə – 10q, keşniş və şüyüd – 25q, duz, istiot. Yay vaxtı şəkər və sirkə 50q pomidorla əvəz edilir. Qoyun ətinin yumşaq hissəsi soğanla ətçəkən maşından keçirilir, istiot və duz vurulub qarışdırılır. Hər pay üçün 3 ədəd girdə soğan lazım olur

Qara ciyər kababı 
Qoyun qara ciyəri – 230q, qoyun quyruğu – 60q, cəfəri – 18q, sumaq – 3q, duz. Qara ciyər pərdələrdən təmizlənir. 30-40 qr çəkidə doğranır . Qoyun quyruğu 10-15 qramlıq tikələrə doğranır və növbə ilə qara ciyərlə şişə taxılır. Manqalda qızartmazdan əvvəl qara ciyərə duzlu su çilənir. Hazır kababın üstünə göyərti və sumaq səpilir.

Cücə kababı
Cücə – 285q, xama – 10q, baş soğan – 30q, keşniş və cəfəri – 25q, limon 1/2 əd., və ya narşərab – 25q, duz, istiot. İlk emaldan keçirilmiş cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır. Xama ilə isladılıb manqalda qızardılır. Hazır kababın yanında halqavari doğranmış baş soğan verilir və üstünə limon dilimi qoyulur.

Toyuq kababı
Toyuq əti – 300q, baş soğan – 35q, keşniş və cəfəri – 25q, duz, istiot, sumaq. İlk emaldan keçirilmiş toyuq ətindən 40-50 qramlıq tikələr kəsilir, duz və istiot vurulur. Şişə taxılıb manqalda qızardılır. Hazır kababın yanına halqavari doğranmış baş soğan verilir və üstünə göyərti səpilir. Hind toyuğu kababı da belə hazırlanır.

Badımcanla quyruq kababı
Badımcan – 350q, qoyun quyruğu – 0,60q, soğan – 40q, cəfəri və şüyüd – 20q, duz, istiot. Badımcan (xırdaları) təmizlənir, saplağı kəsilir. Qoyun quyruğu 15-20q çəkidə doğranır və növbə ilə badımcanla şişə taxılır. Manqalda qızardılır, süfrəyə verdikdə badımcanın qabığı təmizlənir, quyruqla birlikdə xırdalanır, duz, istiot vurulur və üstünə göyərti səpilir.

Nərə balığından kabab
Nərə balığı – 347q, bitki yağı – 5q və ya xama – 10q, baş soğan – 24q, göy soğan – 32q, təzə pomidor – 100q, lumu – 1/5 əd., narşərab – 5q, sumaq – 1q, istiot – 0,1q, duz. Nərə balığı adi qaydada təmizlənir. 40-50 qramlıq tikələrə doğranır, duz, istiot vurulur, xama ilə isladılıb 7-10 dəqiqə saxlanılır .

Banket kababı 
Tikə kabab kimi hazırlanır, lakin süfrəyə verildikdə xüsusi olaraq pomidor, xiyar, bibər və başqa tərəvəzlərlə bəzədilir. Bəzən kababı elə bişirildiyi şişdə stola verirlər.



Oxunub: 271416



Azərbaycan Televiziyaları
İnternet Radio
TEZLİKLƏ
Avia biletlərin satışı,
otellərin rezervasiyaı,
avtomobillərin kirayəsi,