Baş səhifə   » MƏTBƏX    » Şorbalar və həlimlər   

Şorbalar və həlimlər

  



Turşu-sıyıq 
Bulyon – 40q, düyü – 30q, baş soğan – 24q, göy soğan – 26q, yerkökü – 40q, ispanaq – 50q, quzuqulağı – 50q, ərinmiş yağ – 15q, keşniş və ya nanə – 10q, lavaşana – 50q, duz, istiot. Düyü ət bulyonunda bişirilir, üzərinə yağda qızardılmış soğan və yerkökü əlavə edilir. Sonra yuyulub doğranmış göy soğan, göyərti əlavə edilir

Toyuq şorbası
Toyuq əti – 155q, düyü – 25q, ərinmiş yağ – 20q, alça və gavalı – 20q, noxud – 20q, baş soğan – 20q, şüyüd – 10q, istiot, zəfəran və duz. Toyuqdan bişirilmiş bulyon ələkdən süzülür. Düyü bulyonda bişirilir, üzərinə yağda qızardılmış soğan qatılıb hazır olmasına 15 dəqiqə qalmış ayrıca bişirilmiş noxud, alça və ya gavalı qurusu qatılır

Balıq küftəsi
Balıq – 200q, noxud – 20q, düyü – 15q, alça – 10q, kartof – 150q, baş soğan – 20q, zəfəran – 0,05q, istiot, duz. Nərə və ya uzunburun balığın əti baş soğanla ətçəkən maşından keçirilir. Qiyməyə düyü, duz və istiot qatılıb qarışıdırılır. Qiymədən hər paya 1-2 ədəd küftə hazırlanır, içərisinə 2 ədəd alça qurusu qoyub hazırlanır.

Dovğa
Noxud – 15 q, qatıq – 200 q, xama – 40 q, yumurta – 1/3 ədəd, un – 8 q, düyü – 20 q, göy soğan – 18 q, ispanaq – 40 q, keşniş – şüyüd, kəvər – 30 q, nanə – 15 q qarışdıralaraq bişirilir.

Xəmiraşı
Qoyun əti – 163q, buğda unu – 35q, yumurta -1/4 əd., ərinmiş yağ – 10q, ağ lobya – 20q, şərab sirkəsi – 10q, baş soğan – 20q, keşniş – 20q, quru nanə – 1q, istiot, duz. Qoyun əti qiyməsindən hər pay üçün 5-6 ədəd xırda küftəciklər hazırlanır. Lobya ayrıca bişirilir. Mayasız xəmir 1 mm qalınlığında acılır.

Ovdux-doğramac
Qatıq – 200q, su – 100 q, təzə xiyar – 100 q, göy soğan – 40 q, keşniş – 10 q, şüyüd – 10 q, reyhan – 5 q, yumurta – 1 ədəd, mal əti – 100 q, duz, sarımsaq. Ovdux hazırlamaq üçün qaynadılıb soyudulmuş su qatıqla qarışdırılır. Qabığı soyulmuş xiyar və göyərti xırda doğranır.



Oxunub: 83262



Azərbaycan Televiziyaları
İnternet Radio
TEZLİKLƏ
Avia biletlərin satışı,
otellərin rezervasiyaı,
avtomobillərin kirayəsi,