Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirlər Kabineti   

Nazirlər Kabineti

  


Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaratmışdır. Nazirlər Kabineti Prezidentin ali icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir.Nazirlər Kabinetinin tərkibinə 20 nazirlik daxildir: Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Nəqliyyat Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və Fövqəladə Hallar Nazirliyi.

Azərbaycan Respublikası Nazirlər Kabineti
Ünvan: Bakı, AZ1066, Lermontov küçəsi, 68
Теl: (+994 12) 492 41 61
Faks: (+994 12) 498 97 86
E-mail: [email protected]




Oxunub: 513478