Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi   

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

  


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ölkədə gənclər, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikası prezidentinin 26 iyul 1994-cü il 179 saylı fərmanı ilə yaradılıb.
Nazirliyin qarşısında Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafının strateji siyasətinə uyğun gənc nəslin tərbiyəsi, gənclərlə iş sahəsində cəmiyyətin demokratik inkişafı tələblərinə cavab verən siyasətin həyata keçirilməsi, gənclərin qüvvə və bacarıqlarının, yaradıcılıq imkanlarının milli dövlət quruculuğu vəzifələrinin yerinə yetirilməsi kimi vəzifələr durur.
Nazirlik, Azərbaycan Respublikası bədən tərbiyəsi sahəsində milli proqramı həyata keçirir.

Ünvan: AZ-1072, Bakı şəhəri, Olimpiya küçəsi 4.
Tel.: (+994 12) 465 64 42
Faks: (+994 12) 465 64 38
E-mail: [email protected]



Oxunub: 482339