Baş səhifə   » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi   

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

  


Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, baytarlıq, bitki mühafizəsi və karantini, aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Bu qurum 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Demokratik Respublikanın ilk hökumətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi kimi fəaliyyət göstərmişdir. 1918-ci il oktyabrın 15-də Dövlət Əmlakı və Əkinçilik Nazirliyi yaradılmişdir. 1920-ci ildə isə bu qurum Dövlət Torpaq Komissarlığı adı altında fəaliyyət göstərmişdir.
Kənd Təsərrüfatı Nazirliyi 1947-ci ildə yaradılmışdır. 1986-ci ildə yenidən adı dəyişdirilib və Dövlət Aqrar-Sənaye Komitəsi kimi fəaliyyət göstərməyə başlamışdır.
1992-ci ildə Müstəqil Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi yaradılıb və bu ad altında fəaliyyəti 1993-cü ilədək davam edmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi adı ilə fəaliyyətə başlamışdır.
Nazirlik kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə edilməsi barədə dövlət siyasətini təmin edir, kənd yerlərinin infrastrukturunun və sosial sahələrin inkişafı sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Habelə meliorasiya və su təsərrüfatı, irriqasiya sahəsində dövlət siyasətini formalaşdırır və həyata keçirir, aqrar sahədə vahid elmi-texniki siyasəti həyata keçirir, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsində, kənd təsərrüfatı məhsullarının emalında, bioloji müxtəlifliyin səmərəli istifadəsində, bitkiçilikdə və heyvandarlıqda prioritet tədqiqat proqramlarının işlənib həyata keçirilməsini təşkil edir.
Ölkənin ərzaq təhlükəsizliyi sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət siyasətini həyata keçirilməsində, kənd təsərrüfatı və kəndin sosial problemləri üzrə respublika və regional proqramların hazırlanmasında həyata keçirilməsində iştirak edir.
Baytarlıq xidmətinə, baytarlıq baxımından təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının və xammalın istehsalına nəzarət edir, əhalinin insanlar və heyvanlar üçün ümumi xəstəliklərdən qorunması üçün tədbirlər görür, baytarlıq təyinatlı preparatların qeydiyyatının aparılmasını təşkil edir. Damazlıq işini, bitki toxumçuluğunu və tingçiliyi təşkil etmək, seleksiya nailiyyətlərinin sınağı və qorunmasını, toxumçuluğa nəzarəti öz səlahiyyətləri daxilində təşkil etmək də nazirliyin səlahiyyətlərinə daxildir.
Habelə kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına aqrotexservis, aqrokimyəvi və digər zəruri xidmətlərin göstərilməsini, onların texnika, maşın, avadanlıq, ehtiyat hissələri və digər istehsal təyinatlı mallara olan tələbatının təhlili, proqnozlaşdırılması, aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə həmin təlabatın ödənilməsi üçün təkliflər vermək, texniki xidmət sahələrinin təşkil edilməsi üçün tədbirlər görür.

Ünvanı: Üzeyir Hacıbəyov küçəsi, 40, Hökumət Evi, 
Tel.: (+994 12) 498-64-49      
Faks: (+994 12) 498-64-49
E-Mail: agro@azerin.com



Oxunub: 62760



Azərbaycan Televiziyaları
İnternet Radio
TEZLİKLƏ
Avia biletlərin satışı,
otellərin rezervasiyaı,
avtomobillərin kirayəsi,