Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Dövlət Agentlikləri    » Azərbaycan Dövlət Teleqraf Agentliyi   

Azərbaycan Dövlət Teleqraf Agentliyi

  

Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyidir. 
1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış AzərTAc sonralar, sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib.
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.
AzərTAc rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq bütün sutka ərzində Azərbaycan, rus, ingilis, fransız, alman və ərəb dillərində dəqiq və operativ informasiya buraxır.
AzərTAC İTAR-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), AGERPRES (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya), BuaNews (Cənubi Afrika Respublikası) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb. 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), 2008-ci il aprelin 18-də Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilib. AzərTAc Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin milli informasiya agentlikləri assosiasiyasının (PANİA) təsisçilərindən biridir. AzərTAc 2008-ci ildən "AsiaPulse" - Asiya xəbər agentlikləri konsorsiumunun üzvüdür.
AzərTAc-ın Türkiyə, Rusiya, ABŞ, Fransa, Almaniya, Avstriya, İran, Ukrayna, Gürcüstanda, Orta Asiya və Qazaxıstanda, respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

Ünvan: Bakı, AZ1000 Bülbül prospekti, 18
Faks: (994 12) 493-62-65, 598-53-34
Tel: (994 12) 493-59-29,498-60-07
E-mail: [email protected], [email protected]
İnernet səhifəsi: http: www.azertag.gov.az



Oxunub: 114219