Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Dövlət şirkətləri    » Milli Televiziya və Radio Şurası   

Milli Televiziya və Radio Şurası

  

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 794 saylı fərmanı ilə - televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılmışdır.
Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir.
Şuranın fəaliyyəti "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə" ilə tənzimlənir. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"ni rəhbər tutur.
Şura dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir.
Şura Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 üzvdən ibarət tərkibdə yaradılıb. Şura üzvlərindən üçü iki il, üçü dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır. Şura üzvləri öz aralarından sədr və sədr müavini seçirlər. Şuraya rəhbərliyi Şuranın sədri həyata keçirir.

Ünvan: АZ1000, Nizami küçəsi, 105, Bakı, AZƏRBAYCAN
Телефон: (+99412) 598-36-59, 598-37-54,
Faks: (+99412) 498-76-68
E-mail: [email protected]




Oxunub: 125527