Baş səhifə    » İQTİSADİYYAT    » Tikinti sənayesi    » Tikinti sənayesi materialları   

Tikinti sənayesi materialları

  


Tikinti sənayesi məhsullarına sement, dəmir-beton konstruksiyalar və panellər, kubik-mişar daşı, kərpic, şüşə, şifer, asbest-sement boru, istilik-izolyasiya, polimer-tikinti materialları, linoleum, santexnika, kimyəvi qapı-pəncərə məmulatları daxildir.
Tikinti sənayesinin əksər müəssisələri, xammal bolluğu və yüksək tələbatla bağlı Abşeronda cəmlənmişdir. Burada tikinti daşları, sement xammalı, şüşə və tikinti qumu, bitum, keramika xammalı və s. var. Respublikada tikinti-quraşdırma işlərinin 60%-i Abşeronun payına düşür. Qaradağ, Güzdək, Şüvəlan, Korgöz daş karxanaları, Qaradağ sement, Bakı asbestsement, dəmir-beton konstruksiya zavoddan, plastik qapı-pəncərə, müxtəlif santexnika məmulatları müəssisələri, Sumqayıt şüşə zavodu və s. əsas müəssisələrdir.


Gəncə-Qazax iqtisadi rayonunda təbii tikinti materiallarının bolluğu və geniş tələbat Gəncə iri panelli evtikmə, sənaye-tikinti kombinatı, Qazax və Qovlarda dəmir-beton məmulatları, Qazax və Zəyəmdə daş karxanaları, Daşkəsən və Tovuzda tikinti kombinatlarının yaranmasına səbəb olmuşdur.
Mingəçevirdə dəmir-beton məmulatları, iri panelli evtikmə, termik-izolyator istehsalı aparıcı sahədir. Qarabağda Ağdam, Xankəndi, Bərdə, Horadiz, Aşağı Kürdə Şirvan, Hacıqabul, İmişli, Bəhramtəpə və s. tikinti qovşaqları mövcuddur.
Hal-hazırda Azərbaycanda tikinti məhsullarının istehsalında quru inşaat qarışıqlarının, o cümlədən, gips məhsullarının, kafel-metlax yapışdırıcılarının, özüyayılan, hidroizolyasion, istilikizolyasion, hörgü və suvaq qarışıqlarının, dekorativ suvaq qarışıqlarının, əhəngin və söndürülmüş əhəngin, dekstrinin istehsalı, boya məhsullarının, kərpic və s.-in istehsalı üstünlük təşkil edir.
Azərbaycanda tikinti sənayesinin böyük bir qolunu mebel sənayesi təşkil edir. Azərbaycan mebel istehsalı mərhələlərlə inkişaf etmişdir.
Ölkənin yerləşdiyi geostrateji mövqe, Avropa və Asiya qitələrinin qovuşduğu ərazidə - tarixi “İpək yolu” nun üstündə yerləşməsi, ölkəmizə böyük üstünlük verir.



Oxunub: 158589