Baş səhifə    » TƏLTİFLƏR    » Ordenlər    » “İstiqlal” ordeni   

“İstiqlal” ordeni

  



“İstiqlal” ordeninin  təsviri 


Azərbaycan Respublikasının 1998-ci il  6 fevral tarixli 429- IQD saylı Qanunu ilə Təsdiq edilmişdir. 
“İstiqlal” ordeni bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş və ikiüzlü hamarşüaları olan iki gümüş səkkizguşəli ulduzdan ibarətdir.
Üstdəki ulduzun ortasında mavi mina ilə örtülmüş girdə lövhə yerləşir. Bu lövhənin üzərində qanadları açılmış quş və qanadların arasında — yuxarıda səkkizguşəli ulduz təsvir olunmuşdur. Ulduzdan yuxarıda qanadlar arasında çevrə boyunca “İstiqlal” sözü yazılmışdır. Quşun, ulduzun təsviri və yazı qabarıqdır, qızıl suyuna çəkilmişdir.
Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir:
- boyundan asmaq üçün 27 mm enində, göy çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden;
- paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə göy çalarlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden;
- paltara bərkidilmək üçün elementi olan, göy çalarlı, üzərində alov simvolu təsvir edilmiş, ölçüsü 27 mm x 9 mm olan qəlib.



Oxunub: 93788