Baş səhifə    » TƏLTİFLƏR    » Ordenlər    » “Vətənə xidmətə görə” ordeni   

“Vətənə xidmətə görə” ordeni

  


"Vətənə xidmətə görə" ordeninin Təsviri

Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ qanunu ilə Təsdiq edilmişdir 
"Vətənə xidmətə görə" ordeni hər tərəfə şüalar saçan səkkizguşəli ulduzəsasında tərtib edilmiş kompozisiyadan ibarətdir.
Lövhənin çökək mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilmişdir. Orden üç səviyyədən ibarətdir, səkkizguşəli ulduzun yığılması iki kvadrat təşkil edir, onun mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunmuşdur. Gerbin üst hissəsində dairənin yarımçevrəsi boyunca "Vətənə xidmətə görə" sözləri yazılmışdır. Bütün yazılar və təsvirlər qabarıqdır.
"Vətənə xidmətə görə" ordeninin üç dərəcəsi vardır: Onun birinci dərəcəsi qızıldan, ikinci dərəcəsi gümüşdən, üçüncü dərəcəsi bürüncdəndir. Ordenin qabarit ölçüləri 35 mm x 35 mm-dir.
Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
Orden paltara bərkidilmək üçün elementi olan 27mm x 47,5 mm mm ölçüdə müvafiq olaraq qırmızı-qara, tünd göy-mavi və çəhrayışabalıdı çalarlı beşbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.



Oxunub: 82999