Baş səhifə    » Məhsəti Gəncəvi    »   

Məhsəti Gəncəvi

  

Məhsəti Gəncəvi (XII əsr) şairə

XI əsrin sonları - XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şeirlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər poeziyasının təmsilçisi idi. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçisi və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır.
Məhsəti Gəncəvinin xalq şeri tərzinə yaxın formalı rübailəri və öz fəlsəfi mahiyyəti etibarilə dərin məzmunlu şeirləri Azərbaycan və ümumən Şərq poeziyası tarixində mühüm rol oynamışdır.  



Oxunub: 529284