Baş səhifə    » Molla Pənah Vaqif    »   

Molla Pənah Vaqif

  

Molla Pənah Vaqif (1717-1797) şair, siyasi və ictimai xadim

Molla Pənah Vaqif xalqımızın orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərindəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının sonrakı inkişafına böyük təsir göstərmişdir.
Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə etmişdir. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şeirlər təşkil edir. Həmin şeirlərin dili xalqın canlı danışığına çox yaxındır.  



Oxunub: 590010