Baş səhifə    » İNCƏSƏNƏT    » Nəqqaşlıq    » Nəqqaşlar   

Nəqqaşlar

  

Nəqqaşlıq, rəssamlıq və xəttatlıq sənətlərinin müxtəlif mərhələlərində ad alan azərbaycanlıların hamısı haqqında ətraflı məlumat saxlanmayıb. Məsələn, XIX əsrdə Şamaxıda Mirzə Cəfər, Şuşada - Usta Qurban Qarabaği ad qazanmışlar. Amma onlar haqqında təfərrüatlı tarixi bilgilər qalmayıb. Orta əsrlər Azərbaycanında tanınmış nəqqaşlardan bəziləri haqqında qısa məlumatlar bunlardır:

Mir Möhsün Nəvvab
Azərbaycan mədəniyyəti tarixində istedadlı şair, musiqi nəzəriyyəçisi və xəttat kimi tanınmış Mir Möhsün Nəvvab rəssamlıq və nəqqaşlıq sahəsində də fəaliyyət göstərmişdir. Mir Möhsün Nəvvabın rəssamlıq məharəti «Teymurun portreti» (akvarel, 1902) tablosunda öz ifadəsini tapmışdır.

Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi
Şərq dünyasının ən məşhur musiqiçi və musiqişünaslarından sayılan Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi Azərbaycanın qədim mədəniyyət mərkəzi Urmiya şəhərində 1216-cı ildə anadan olmuşdur. Sonradan bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi olan əfsanəvi Bağdad şəhərinə gələrək, dövrünün ən yaxşı universitetlərindən sayılan "Müstənsəriyyə"də təhsil almışdır. O, burada fəlsəfənin, məntiqin, tibbin, riyaziyyatın, astronomiyanın və dillərin əsasları ilə tanış olur. Musiqi sənətini öyrənməkdə davam edən Səfiəddin xəttatlıqda da böyük uğur qazanır. Təsadüfi deyil ki, əvvəlcə o, musiqi sahəsində deyil, xəttat kimi şöhrət tapır və Abbasilər sülaləsinin son nümayəndəsi xəlifə əl-Müstəsimin sarayına dəvət olunur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan sənətkar bir müddətdən sonra saray kitabxanasının rəhbəri və baş xəttat təyin olunur. Kitabların üzünü köçürmək və kitabxana rəhbərliyi Səfiəddini musiqi təhsilini davam etdirməkdən yayındırmır.
Urməvinin risalələri unikal elmi əsərlər kimi bu gün də yaşayır və dünyanın bir sıra şəhərlərinin–Nyu-York, Paris , Berlin, Vyana, Qahirə, İstanbul, Sankt-Peterburq, Tehran, Bakı və digər şəhərlərinin kitabxanalarında qiymətli əlyazmalar kimi saxlanılır. Ölümündən sonra da onun ecazkar ifası və həmçinin xəttatlıq, nəqqaşlıq bacarığı və məharəti haqqında Şərqdə müxtəlif rəvayətlər gəzib. Urməvi 1924-cü ildə Bağdadda dünyasını dəyişib.

Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Usta Zeynal Nəqqaş
Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Usta Zeynal Nəqqaş 1829-1904-cü illərdə yaşamışdır. Məşhur xəttat nəqqaş və şair olub, el arasında "qızıl əlli nəqqaş" kimi tanınıb. Naxçıvandakı “Xan sarayı”na, Bakıda H.Z.Tağıyevin ev muzeyinə (indiki Tarix muzeyi), Təbrizdəki, Ordubaddakı "Came" məscidinə, Məşədi Tağının evinə, Əylis, Vənənd kəndlərində bəzi evlərə çəkdiyi rəsmlər və vurduğu nəqşlər hələ də durur. Ordubad şəhərinin "Malik İbrahim" qəbiristanlığındakı dağa bitişik "Qara pir"də vurduğu nəqş, XIX əsrin axırlarında İran şahının Ordubada gəlişi ilə əlaqədar olaraq "Came" məscidinin arxa tərəfinə yumurta sarısı, əhəng və başqa materiallardan hazırladığı məhlul vasitəsilə "Şiri xurşid" gerbini düzəltmiş və dizinin üstündə almazla kəsdiyi ayna qırıqları ilə ortasına günəş rəmzi də yapışdırmışdı. Həmin monumental əsərlər bu günə qədər qalmaqdadır. Həmçinin, "Came " məscidinin divarına öz yazdığı şeirdən beytləri də həkk etdirib.
1838-ci ildə Ordubadda təşkil edilmiş "Əncümənü-şüəra " adlı ədəbi məclis məşğələləri bəzən Usta Zeynal Nəqqaşın evində keçirilərmiş. XX əsrin Hüqosu M.S.Ordubadinin Azərbaycan Dövlət Əlyazmalar fondunda saxlanılan "Tərcümeyi-halım"da Usta Zeynal Nəqqaş haqqında dəyərli fikirləri var.

Abbasqulu ağa
XVIII əsr Azərbaycanın tanınmış memarı və nəqqaşı olub. Şəki Xan Sarayının tərtibatında iştirak edib. Sarayda böyük salonun tavanənda mürəkkəb kompozisiyaları yaradıb, bəzək işləri görüb. Öz adını orijinal şəkildə - sağdan-sola deyil, aynada əks olunan kimi soldan-sağa həkk edib. 

Məhəmməd Məcid Təbrizi
Burasadakı Yaşlı Caminin (1424) mehrabı olub.

Əli ibn Hacı Əhməd
Ağac üzərində oyma ustası olub. Bursadakı Yaşıl Caminin qapısını bəzəyib. 

Nemətulla Bəvvab ibn Məhəmməd 
Dövrünün tanınmış xəttat və nəqqaşı olub. Təbrizdəki Göy Məscidin (1465) kitabələrini hazırlayıb.

Əmirşah Vəlinənkişi 
Şirvanşahlar Sarayının (1584) Şərq qapısının bəzəkli baş tağının müəllifidir.

İsmayıl Nəqqaş Ərdəbili
Şeyx Səfiəddin kompleksində Ali baş qapı tağının (1647) bəzəklərini işləyib. 

Mirzə qədim İrəvani 
XIX əsrin tanınmış nəqqaşı olub. Sərdar sarayının divar rəsmlərini işləyib (1850).



Oxunub: 488158