Baş səhifə    » TURİZM    » Ovçuluq turizmi   

Ovçuluq turizmi

  


Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin - müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, xüsusi maraq kəsb edən və s. inkişafı üçün geniş imkanlar mövcuddur. Son illər inkişaf edən turizm növlərindən biri də ovçuluq turizmidir. 

Azərbaycanda ovçuluq

Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir. Son illərdən başlayaraq bu sahəyə maraq daha da çoxalmışdır. Hal-hazırda ölkədə müxtəlif ovçuluq növləri mövcuddur. Bunlardan quş və dağ keçisi ovu daha çox inkişaf edib.

Azərbaycan ərazisində mövcud olan ovçuluq növləri aşağıdakılardır:

- Dağıstan turunun ovlanması;
- Çol donuzunun ovlanması;
- Dovşanın ovlanması;
- Meşə göyərçininin ovlanması;
- Bildirçinin ovlanması;
- Kəkliyin ovlanması;
- Su quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması;
- Cüllütün ovlanması;
- Meşəcüllütünün ovlanması;
- Köpgər ovlanması.

Azərbaycanda heyvanların sayının tənzimləməsi məqsədilə  ovlanma  müvafiq ov sahələri və ovçuluq təsərrüfatları üzrə məhdudlaşdırılır. Azərbaycanda fəaliyyət göstərən Ovçuluq təsərrüfatları (OT) aşağıdakılardır:

S / N

ADI

YERLƏŞDİYİ ƏRAZİ

SAHƏSİ, HA

MƏQSƏDİ

1

Ulduz OT

Şamaxı rayonu

5000

Dağıstan turu, cüyür, çol donuzu, qırqovul və s. vəhşi heyvanların ovlanması.

2

Şəki OT

Şəki və Oğuz rayonları

60000

Dağıstan turu, nəcib Qafqaz maralı, cüyür, köpgər, çöl donuzu və s. vəhşi heyvanların ovlanması.

3

Qax OT

Qax rayonu

 2700

Dağıstan turu, nəcib Qafqaz maralı, cüyür, köpgər, çöl donuzu və s. vəhşi heyvanların ovlanması.

4

Samux OT

Samux rayonu

40424

Çol donuzu, kəklik ov heyvanlarının ovlanması.

5

Pirallahı OT

Əzizbəyov rayonu

10000

Su və su bataqlıq quşların ovlanması.

6

Yaşma OT

Xızı rayonu

4000

Tülkü, çaqqal və su quşların heyvanlarının ovlanması.

7

Giləzi OT

Xızi rayonu

25

Donuzun ovlanması.

8

Babadağ OT

Quba və İsmayıllı

Rayonları

         61000

Dağıstan turu, cüyur, köpgər, çöl donuzu və s. vəhşi heyvanların ovlanması.

9

Sarısu OT

İmişli və Sabirabad rayonları

120

Göl balığı, su və su bataqlıq quşlarının ovlanması.

10

Varvara OT

Yevlax rayonu

7762

Göl balığı, su və su bataqlıq quşlarının ovlanması.

11

Şərbət-qobu OT

İmişli rayonu

20000

Su və su bataqlıq quşlarının ovlanması.

12

Daşgil OT

Qaradağ rayonu

3

Ovçuların və digər vətəndaşların istirahətinin və ovçuluq fəaliyyətinin təşkili.

13

Pirsaat OT

Qaradağ rayonu

3000

Su və su bataqlıq quşların ovlanması.

14

Mahmudçala OT

Biləsuvar rayonu

        7135,6

Ovçuların və digər vətəndaşların istirahətinin və ovçuluq fəaliyyətinin təşkili.

15

Zavvar OT

Cəlilabad rayonu

6995

Çaqqal, tülkü, donuz, su və su bataqlıq quşlarının ovlanması.

16

Qirmizıkənd OT

Neftçala rayonu

10000

Su və su bataqlıq quşlarının ovlanması.


Azərbaycanda heyvanların ovlanmasına icazə verilməsi xüsusi qrafiklə tənzimlənir. Ovlanma dövrü belədir:

Dağıstan turu

iyun – noyabr

Su quşları

oktyabr – mart

Qafqaz maralı

iyun – oktyabr

Canavar , tülkü , dovşan

avqust – mart

Çol donuzu

sentyabr – mart

Meşə ov quşları

oktyabr – mart

Qara turac

iyul – mart

Vaşaq

sentyabr – mart




Oxunub: 435609