Baş səhifə    » COĞRAFİYA    » Nəqliyyat coğrafiyası    » Dəmiryol nəqliyyatı   

Dəmiryol nəqliyyatı

  


Azərbycanda vahid nəqliyyat kompleksinə daxil olan bütün növlər inkişaf etmişdir. Daxili va xarici yükdaşımalarda dəmir yolu nəqliyyatı mühüm yer tutur. Gətirilən yükləin 70%-i, sərnişin daşınmasının 30%-i bu nəqliyyat növünün payına düşür.
Respublikada dəmir yollarının ümumi uzunluğu 2120 km-ə çatır. Onların 1111 km-də elektrovozlar hərəkət edir. Bakı-Tbilisi, Bakı-Dərbənd xətləri və Abşeron zonasında istifadə edilən dəmir yolu xətləri tamamilə elektrikləşdirilmişdir. Dəmir yollarının elektrikləşdirilməsinə 1926-cı ildə Bakı-Sabunçıı xətti ilə (20 km) başlanmışdır.
Azərbaycanda aşağıdakı istiqamətlərdə dəmir yolu xətləri vardır: Bakı-Balaxanı xətti. Bu xətt ölkədə çəkilmiş ilk dəmir yolu xəttidir. Bu yol 1878-1879-cu illərdə çəkilmişdir. 1880-cı ildə neftin daşınması üçün Bakı-Balaxanı-Sabunçu-Sııraxanı (uzunluğu 20 km), 1879-1883-cü illərdə Bakı-Tiflis-Batumi istiqamətləri istifadəyə verilmişdir.
Ərazinin nəqliyyat sistemi Rusiyanın dəmir yolu xətlərinə Bakı-Dərbənd xətti ilə birləşdirilmişdir. 1900-cu ildən istifadə olunan xəttin uzunluğu 231 km-dır. Sonradan bu istiqamət Gürcüstanın, Ermənistanın və Iranın nəqliyyat xətləri ilə əlaqələndirilib. Bu istiqamətlərdə 1908-ci ildə çəkilmiş Tiflis-Yerevan-Uluxanlı-Noraşen-Culfa və 1941-ci ildə istifadəyə verilmiş Ələt-Culfa dəmir yolu xətlərinin (uzunluğu 445 km) əhəmiyyəti çoxdur.
Yaşayış məntəqələrinin inkişafını, sərnişin və yüklərin daşınmasını təmin etmək, yeni əraziləri, yerli təbii ehtiyatları mənimsəmək üçün Bakı-Ağstafa xəttindən (uzunluğu 456 km) Ağstafa-Qazax, Yevlax-Mingəçevir, Yevlax-Ağdam (1963-65-ci illərdə çəkilib), Ağdam-Xankəndi (1977), Yevlax-Balakən, Padar-Çöl-Göylər dəmir yolu xətləri çəkilmişdir. Quşçu-Alabaşlı dəmir yolu xətti 1950-ci ildə (uzunluğu 35 km) Daşkəsəndə çıxarılan dəmir filizinin daşınması üçün tikilmişdir. Uzunluğu 25 km olan Padar-Çöl Göylər dəmir yolu xətti ərazidə becərilən üzüm məhsullarının magistral dəmir yolu xəttlərinə çatdırımasına xidmət edir. Şəki-Zaqatala iqtisadi rayonunda tapılmış polimetal filiz yataqlarının mənimsənilməsi, regionun sosial-iqtisadi inkişafının, gücləndirilməsi məqsədilə 1986-cı ildə 162 km uzunluğunda Yevlax-Balakən dəmir yolu xətti çəkilmişdir.
Əli-Bayramlı-Hacıqabul (uzunluğu 9 km), Sarıcallar-Sabirabad (7 km), Qaralılar-Ağcabədi, Mincivan-Qafan (39 km) qolları Ələt-Culfa dəmir yolu istiqamətindən ayrılan yollardır. Osmanlı-Astara dəmir yolu xətti Lənkəran-Astara iqtisadi rayonunu ölkənin digər regionları ilə birləşdirir. Uzunluğu 220 km olan bu xətt 1941-cı ildə çəkilmişdir. Bu xəttdən 35 km uzunluğunda Salyan-Neftçala xətti ayrılır. Onun çəkilməsində məqsəd burada istehsal olunan balıq və nefi məhsullarının daşınmasıdır.
Bakının ətrafında dairəvi dəmir yolu xətti fəaliyyət göstərir. Suvaxanı-Qala (1949-cu ildə çəkilib), Qala-Pirallahı (1959), Yeni Suraxanı-Hövsan (1968), Qala-Buzovna, Buzovna-Bilgəh, Bilgəh-Pirşağı-Sumqayıt dəmir yolu xətləri onun əsas hissələridir.
Dəmir yolu xətləri ilə neft və neft məhsulları, metal, filiz, maşin, avadanhq, ərzaq və meşə materialları daşınır. Bunun, üçün şimal istiqamətindən daha çox istifadə edilir.
Şəhərdaxili sərnişin daşınmasında metro mühüm rol oynayır. 1967-ci ildə fəaliyyətə başlayan metro xətlərinin ümumi uzunluğu 28,5 km-dir.



Oxunub: 98280