Baş səhifə    » TƏLTİFLƏR    » Döş nişanları    » Milli Məclis deputatının döş nişanı   

Milli Məclis deputatının döş nişanı

  


Azərbaycan Respublikası Milli Məclisi deputatının döş nişanının təsviri


Azərbaycan Respublikası Milli Məclisi deputatının döş nişanı Azərbaycan Respublikası Dövlət Bayrağının üfiqi yerləşmiş, eyni endə üçrəngli zolaq şəklində üslubi təsvirindən ibarətdir: mavi rəngli yuxarı, qırmızı rəngli orta və yaşıl rəngli aşağı zolaqlar. 
Deputatın döş nişanının əsası gümüşlə xəlitədən hazırlanır, nişanın səthinə mavi, qırmızı va yaşıl mina çəkilmişdir. Nişanın yuxarı zolağında iki sətirdə «Azərbaycan Respublikası», aşağı zolağında isə iki sətirdə «Milli Məclisin deputatı» sözləri yerləşir. Nişanın qırmızı zolağının ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. «Azərbaycan Respublikası» və «Milli Məclisin deputatı» sözləri, nişanın kənarları və arxası zərlidir. 
Nişanın arxa tərəfində Azərbaycan Respublikası Milli Məclisi deputatı vəsiqəsinin seriyasına və nömrəsinə müvafiq seriya və nömrə göstərilir.
Döş nişanı sancaqlı hazırlanır.
Döş nişanının ölçüsü 28x17 mm-dir.



Oxunub: 439843