Baş səhifə    » Əbül-əla Gəncəvi    »   

Əbül-əla Gəncəvi

  

Əbül-əla Gəncəvi (XI – XII əsr)-şair

Əbül-əla Gəncəvi mənşəcə Azərbaycan türklərindən olan şair, farsdilli Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsidir.
XI əsrin sonunda Şamaxıya köçən Əbül-Əla Gəncəvi fitri istedadına və yüksək hazırcavablığına görə o, tezliklə şairlərin böyük himayədarı Şirvanşah I Mənuçöhrün (1120-1149) sarayında "məliküşşüəra" (şairlərin hökmdarı) adını qazanmışdır.
Əbül-Əlanın şerlər "Divan"ı indiyə qədər tapılmayıb. Biz onun yaradıcılığı haqda yalnız orta əsr müntəxabatlarından məlumat ala bilirik. Onun adı Azərbaycan ədəbiyyatı tarixində böyük şair və pedoqoq, məşhur farsdilli Şirvan poetik məktəbinin banisi kimi qalıb.



Oxunub: 76016