Baş səhifə    » Qasım bəy Zakir    »   

Qasım bəy Zakir

  

Qasım bəy Zakir (1784-1857) - şair.

Zakirin realist yaradıcılığında onun mənzum hekayə və təmsilləri mühüm yer tutur. Onun müxtəlif mövzularda yazılan "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyasız dərviş", "Əxlaqsız qazı"kimi mənzum hekayələri vardır.
Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında" ("İlan, Dəvə, Tısbağa"), "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında" ("Tısbağa, Qarğa, Kəsəyən, Ahu") adları ilə altı təmsili çap olunmuşdur.



Oxunub: 66234