Baş səhifə    » Balakişi bəy Ərəblinski    »   

Balakişi bəy Ərəblinski

  

Balakişi bəy Əli oğlu Ərəblinski (1828-1902)

Balakişi bəy 1828-ci ildə Zaqatala mahalının Tala kəndində anadan olmuşdur. Mahal naibi Əli bəyin ailəsində böyüyən Balakişi bəy Sankt-Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi almışdır. 
Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşarında podpolkovnik rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir. General-leytenant B. Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycanlı olmuşdur.1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq etmişdir.  O, 1902-ci ilin yanvarında vəfat etmiş və Dərbəndin qədim müsəlman qəbiristanlığında dəfn olunmuşdur. Hal-hazırda Dərbənd yaxınlığında adına kənd və stansiya var.
General-leytenant B. Ərəblinskinin qüsursuz xidmətləri müxtəlif orden və silahlarla mükafatlandırılmışdır. 




Oxunub: 504786