Baş səhifə    » BAYRAQ    » Dövlət Bayrağı Günü   

Dövlət Bayrağı Günü

  

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr sərəncamına əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr qəbul etdiyi ilk bayraqla bağlıdır. Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə görə, bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. İlk Dövlət Bayrağı Günü 2010-cu ilin noyabrın 9-da qeyd olunub.



Oxunub: 128375