Baş səhifə    » COĞRAFİYA    » İqtisadi coğrafiya    » Kənd təsərrüfatı   

Kənd təsərrüfatı

  


Aqrar - sənaye kompleksi (ASK).
Aqrar-sənaye komleksinin (ASK) əsas vəzifəsi əhalini ərzaq və yeyinti məhsulları ilə, heyvandarlığı yemlə, sənayeni müxtəlif xammalla təchiz etməkdir. ASK kənd təsərrüfatı ilə sənayenin qarşılıqlı əlaqəsidir. Kənd təsərrüfatının inkişafı üçün güclü imkanlar var. Respublikada istilik və işıq kifayət qədərdir, ildə 2 dəfə məhsul götürməyə, il boyu otlaqlardan istifadə etməyə imkan verir. İstehsalın çoxu suvarılan torpaqlardır. Azərbaycanda kənd təsərrüfatının 61 %-ni əkinçilik, 39%-ni isə heyvandarlıq verir.
Əkinçilikdə taxılçılıq əsas sahədir. Ölkədə taxıla olan tələbatın 20%-i ödənilir, qalanı kənardan alınır. Orta məhsuldarlıq hər hektara 17 sentenardır. Taxılçılıq dəmyə və suvarılma taxılçılığa aynlır. Dəmyə (yağışla suvarılan) taxılçılıq - dağlıq və dağətəyi rayonlardadır. Suvarılma taxılçılıq isə aran (düzən) rayonlarında inkişaf etmişdir. Taxılçılıqda Şəki, İsmayıllı, Şamaxı, Cəlilabad, Sabirad, Ağcabədi, Balakən, Beyləqan xüsusi ilə fərqlənir.
Yem bitkiləri - taxıldan sonra II sahədir. Heyvandarlığın yem bazasıdır. Yem bitkilərinə arpa, qarğıdalı, günəbaxan, şəkər çuğunduru, çəltik və s. daxildir. Arpa əsasən Şəkidə, Cəlilabadda, Ağcabədidə və s., qarğıdalı- Şəkidə, Zaqatalada, günəbaxan -Şəkidə, Zaqatalada, İsmayıllıda, Şamaxıda, şəkər çuğunduru- Naxçıvanda, çəltik isə Lənkəranda əkilir. (Çəltik uzun müddət unudulub).
Texniki bitkilər aqrar - sənaye kompleksində gəlirin çoxunu verir. Texniki bitkiçiliyə aşağıdakılar daxildir:
Pambıqçılıq - strateji əhəmiyyətli, çox gəlir gətirən sahədir. Əsasən Kür -Araz ovalığında əkilir.
Tütünçülük - II texniki bitkidir, çoxu əmtəədir. Əsasən, Şəki, Oğuz, Qəbələ,Zaqatala, Balakən, Masallı, Yardımlı, Lerik, Qubadlı, Zəngilan, Yuxarı Qarabağda, Kəlbəcərdə əkilir (dağlıq rayonlarda). Naxçıvanda Şahbuz və Şərurda əkilir.
Çayçılıq - Qafqazda Gürcüstandan (Kolxida düzündə) sonra II yerdə durur. Əsasən Lənkəran, Astara, Masallı. qismən də Zaqatalada əkilir.
Zəfəran - çox qiymətli bitkidir. Abşeronda - Bilgəhdə əkilir.
Xına bitkisi - Naxçıvanda, Kürdəmirdə, Salyan, Zaqatalada əkilir.
Tərəvəzçilik və bostançılıq - bütün rayonlarda var. Tərəvəzçilik Quba-Xaçmaz və Lənkərandadır. Xaçmaz - gec yetişən tərəvəz, Lənkəran isə faraş tərəvəzçilik üzrə ixtisaslaşıb. Bostançılıq - Sabirabad, Saatlı, Kürdəmir, Zərdab, İmişli və Abşeronda (Zirə, Türkan, Hövsan) əkilir. Kürdəmir yemişi, Sabirabad və Zirə qarpızı, Hövsan soğanı ilə şöhrət qazanmaşdır.
Kartofçuluq - qərb bölgəsində- Gədəbəy, Tovuz, Şəmkir, qismən Daşkəsən, Göygöldə, eyni zamanda Qusarda əkilir. Əksəriyyəti dəmyə əkinində, azı isə suvarmada əkilir.
Üzümçülük - Ən inkişaf etmiş gəlirli sahələrdən biridir, həm də çox əmək tutumludur. Üzüm həm suvarma (60%), həm də dəmyə (40%) şəraitində əkilir. Yetişdirilən sortlar (250-dən çox) texniki (çoxu), süfrə üzümü və kişmiş üzümüdür. Üzüm istehsalında I yeri Gəncə-Qazax (Şəmkir, Tovuz, Samux), II yeri Kür-Araz (Beyləqan və Kiçik Qafqazın cənub şərq ətəyində, Fizuli, Cəbrayıl, Zəngilan), III yeri isə Şamaxı və Naxçıvan tutur.
Bağçılıq - ixtisaslaşmış sahədir.
Tumlu meyvə (alma) - əsasən Quba - Xaçmazda, Şəki- Zaqatalada, Dağlıq Şirvanda, qərzəkli meyvə - (qoz, fındıq, şabalıd) - Şəki və Zaqatalada, çərdəkli meyvə (ərik, şaftalı, gavalı)- Naxçıvanda, quru subtropik meyvə (nar, heyva) - Kür - Araz ovalığında, cənub meyvələri (püstə, badam, əncir, zeytun) – Abşeronda, sitrus meyvələr (limon, portağal, narıngi, feyxoa) - Lənkəran – Astarada, tut ağacı - Aran rayonları və Yuxan Qarabağda əkilir.
Heyvandarlıq - məhsulu yerli istehlak xarakterlidir, ehtiyacı ödəmir.
Maldarlıq (həm ətlik, həm də südlük-ətlik) - ictimai kəndli təsərrüfatına əsaslanır. Əsas yeri yerli qaramal (inək) tutur. Maldarlıq bütün rayonlarda var. Şəki - Zaqatalada həm də camışlıq inkişaf etmişdir. Lerik-Yardımlıda – Zebu və zebuyabənzər maldarlıqdır.
Qoyunçuluq - yay - qış otlağına və təbii yem bazasına əsaslanır. Yun və dəri yüngül sənaye üçün xammaldır. Gəlirli sahədir, çünki sayı tez artır, az əmək məsrəfı, yemə az tələbatlıdır. Yunluq ətlik və ətlik istiqamətlidir. Əsas cinsləri dağ merinosu, ətlik “Balbas” (Naxçıvan), “Qarabağ”, “Qala” (Abşeron) növləridir.
Quşçuluq - ən böyük quşçuluq kompleksləri şəhər ətraflarında Bakı, Gəncə, Naxçıvanda yerləşir. Fərdi təsərrüfatlarda saxlanılır.
Baramaçılıq- tut olan rayonlarda-Aran və dağətəyi rayonlarda (Balakən, Zaqatala, Qax) inkişaf etmişdir.
Arıçılıqla dağətəyi və dağlıq rayonlarda (sub alp çəmənliyində) məşğul olunur.
Azərbaycanda aqrar - sənaye kompleksinin inkişafı üçün yeni dövlət planları hazırlanır.



Oxunub: 603485