Baş səhifə    » İDMAN    » Tennis   

Tennis

  

Bu idmanın salon tennisi adıyla bilinən ən köhnə şəkli 1880-ci illərdə Hindistan və Cənubi Afrikadakı İngilis ordu zabitləri tərəfindən oynanılmışdır. Siqar qutularının qapaqlarını raketka, yuvarlaşdırılmış şərab şüşəsinin probkasını top, kitabları tor kimi istifadə etmişdilər.
1890-cı illərdə İngiltərədə bu oyunun digər versiyaları inkişaf etdirildi. Bunlar "whiff whaff" və "gossima" kimi dəyişik adlara sahib idilər. Bundan sonra “Parker Brothers” firması masaya qurula bilən portativ tor, üstü torlu kiçik bir top və miniatür raketkalardan ibarət olan salon tennisi avadanlığı hazırlayıb satmağa başlamışdı.
Tennis idman növü Azərbaycanda da də özünəməxsus inkişaf yolu keçmişdir. Azərbaycan tennisçiləri Sergey Lixaçev, Yelena Biryukova, Ramiz Əhmərov SSRİ birinciliklərində, Avropa çempionatlarında, müxtəlif beynəlxalq turnirlərdə, tək və qarışıq qoşa yarışlarda mükafatçılar sırasında olmuşlar. 
Hazırda bu idman növü üzrə federasiya fəaliyyət göstərir. 2006-cı ildə Maltada keçirilmiş Devis Kubokunun Avro-Afrika zonasının 4-cü qrupunda yarışan Azərbaycanın tennis yığması oyunçuları 6-cı yeri tutmuşlar. 
2011-ci ilin aprelində də Azərbaycanlı tennisçilər Avropa turnirində yüksək nəticələr əldə etmişlər.
Son illər tennis idman növünün inkişafı ilə əlaqədar ölkədə atılmış ən ciddi addım Tennis Akademiyasının açılması ilə bağlıdır. 2008-ci ilin martında Bakının 8-ci mikrorayonunda tikintisinə başlanmış akademiyanın ərazisi 2,7 hektardır. Komlpleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Ümumi statistikaya görə, hazıda Azərbaycanda 8 tennis meydançası, 3 tennis kortu fəaliyyətdədir.  

Tennisçilər:
Arif Quliyev 
Elvin Əhmədov 
Dmitriy Zarubin 
Fərid Hacızadə 
Orxan Babayev 
Orxan Manaflı 
Orxan Rüstəmov 
Samir Qafarov 
Talət Rəhimov
Vasif Mütəllibov 
Zaur Bayramov  



Oxunub: 398188