Baş səhifə    » MESENATLIQ    » Mesenatlıq haqqında   

Mesenatlıq haqqında

  


Mesenatlıq və ya xeyriyyəçilik (philanthropy) – fiziki şəxs və ya xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən və maddi və ya digər yardıma ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür kömək göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız kömək göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir.
Messenat Qədim Roma ərazisində yaşamış mənşəcə qədim türklərlə qohum hesab edilən etruskların tarixi şəxsiyyətlərindən biri olub. Tarixi qaynaqlarda göstərilir ki, e.ə.I minillikdə yaşamış Mesenat insanlara yaxşılıq etməklə, xeyirxah işlər görməklə yaddaşlarda qalmışdır. Elə bu günümüzə qədər gəlib çatan "mesenat" sözünün yaranma tarixi də o dövrə təsadüf edir.
XIX əsrn sonu XX əsrin əvvəllərində Azərbaycanda elə şəxsiyyətlər olmuşdur ki, ölkənin çar Rusiyasının işğalı altında inlədiyi, milli dövlətçiliyin olmadığı bir vaxtda xeyirxah əməllərilə mesenatlıq kimi böyük bir ictimai prosesi formalaşdırmış, millətinə əvəzsiz xidmətlər göstərmişdir.



Oxunub: 120690