Baş səhifə    » TƏLTİFLƏR    » Medallar    » “Sərhəddə fərqlənməyə görə” medal   

“Sərhəddə fərqlənməyə görə” medal

  


“Sərhəddə fərqlənməyə görə” medalının təsviri


“Sərhəddə fərqlənməyə görə” medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 35 mm diametrli girdə lövhədən ibarətdir. Medalın mərkəzində qala divarı fonunda qılınc təsvir olunmuşdur. Qala divarı ilə qılıncdan yuxarıda, çevrə boyunca “Sərhəddə fərqlənməyə görə” sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır. Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 m ölçüdə mixəyi çalarlı düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.



Oxunub: 70667