Baş səhifə   
				» 	TƏLTİFLƏR              
				» 	Medallar          
				» 	“Hərbi xidmətdə fərqlənməyə görə” medal              
		
		
			“Hərbi xidmətdə fərqlənməyə görə” medal![]() "Hərbi xidmətdə fərqlənməyə görə" medalı üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz yerləşdirilmiş ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi formalı və diametri 35 mm girdə lövhədən ibarətdir. Medalın ön tərəfində üst səthi hamar və guşələri qabarıq olan səkkizguşəli ulduzun fonunda açılmış qartal qanadları, çarpazlaşdırılmış tüfənglər və lövbər təsvir edilmişdir. Ulduzun üst səthində, guşələrinin konturları ilə çevrənin konturları arasında relyefli şüalar vardır.  İki  tərəfdən  konturlanmış  çevrə  boyunca  yuxarıda  "Hərbi  xidmətdə  fərqlənməyə  görə"  Medalın  3-cü  dərəcəsi gümüşü  rəngli, 2-ci  dərəcəsi  çevrə  və  onun  üzərindəki sözlər  istisna  olmaqla	-  qızılı  rəngli,	1-ci dərəcəsi	-  qızılı  rəngli,  qartal  qanadları gümüşü, lövbər isə qara rəngdədir. Arxa tərəfi hamar səthidir.           
				Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı zeytun rəngli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Bütün dərəcəli medallar üçün xara lentin kənarlarında 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Lentin ortasında medalın 1-ci dərəcəsi üçün eni 5 mm olan qızılı rəngli bir şaquli zolaq, 2-ci və 3-cü dərəcəsi üçünn eni 2 mm olan müvafiq olaraq iki və üç zolaq vardır. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur. 
  | 
	

