Baş səhifə   » MUSİQİ    » Klassik musiqi    » Simfonik musiqi   

Simfonik musiqi

  



Simfonik musiqi- simfonik orkestr tәrәfindәn ifa olunması nәzәrdә tutulan musiqidir. 
Simfonik musiqiyə dәrin mürәkkәb ideya-emosional mәzmuna malik çoxһissәli monumental kompozisiyalar, elәcә dә kiçik formalı populyar musiqi әsәrlәri- simfoniya, simfonik poema, uvertüra, süita, konsert, kantata, uvertüra, fantaziya vә s. daxildir. Azәrbaycanda simfonik musiqinin inkişafında Üzeyir Hacıbəyovun xidmәti böyükdür. O, simfonik musiqi mәktәbinin banisidir. Azәrbaycan simfonik musiqisinin Q. Qarayev, C. Hacıyev, F. Әmirov, Niyazi, S. Hacıbәyov, A. Mәlikov, A. Rzayev vә b. görkәmli nümayәndәlәri Hacıbəyov mәktәbinin yetirmәlәridir.

Simfonik muğam
Muğam sənətinin bir janrıdır. 1948-ci ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılıb. F.Əmirovun muğamların musiqi materialına və kompozisiya xüsusiyyətlərinə əsaslanaraq yazdığı “Şur” və “Kürd-Ovşarı” simfonik əsərləri ilə Azərbaycan simfonik musiqisində bu janrın bünövrəsi qoyulmuşdur.
Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan tədrici ardıcıl yüksələn inkişaf prinsipi, onun kompozisiya quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur. Bir çox Azərbaycan bəstəkarları bu janra müraciət edib.
Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, F.Əmirov “Gülüstan Bayatı-Şiraz”, T.Bakıxanov “Hümayun”, “Nəva”, “Rahab” və s. simfonik muğamlarını yaratmışlar.

Simfonik metal
Simfonik metal (ing. Symphonic metal) metal və simfonik orkestr musiqi janrlarını birləşdirən musiqi üslubudur. Bu janra aid musiqilərdə əsasən qadın vokalı, xor, simfonik musiqi alətləri və ya onların sintezatorda imitasiyası istifadə olunur. Bəzən bu janra aid musiqilərin yazılışı zamanı canlı simfonik orkestrlərin köməyindən də istifadə olunur. Bu janr 1990-cı illərin ortalarında Avropada yaranmağa başlamışdır. Bu janrın yaradıcıları The Gathering və Theatre of Tragedy kimi qotik-metal qrupları sayılır. Məhz onlar ilk dəfə olaraq, öz musiqilərində simfonik xordan və qadın vokalından istifadə etmişlər. Bu janr həmçinin bir neçə subjanra da bölünür.
Təməli XX əsrdə qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbi və simfonik ifaçılıq daima bir-birilə bağlı olmuş, biri digərinin inkişafını şərtləndirmişdir. Bu mənada ölkənin baş orkestri - Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müasir ifaçılıq sənətinin təmsilçisidir.

Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestri
Azərbaycan Dövlət Simfonik Orkestri (ADSO) 1920-ci ildə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılıb. Orkestrin formalaşmasında dirijorlardan R.Baton (Fransa), O.Klemperer (Almaniya), F. Ştidri (Avstriya), N. Qolovanov (Rusiya) yaxından iştirak ediblər. Keçmiş Sovetlər birliyində ilk orkestrlərdən biri olan Azərbaycan Dövlət Simfonik Orkestri fəaliyyətə başladığı vaxtdan professional musiqi mədəniyyətinin təbliğində mühüm rol oynayıb. Simfonik Orkestrin repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. 1938-ci ildən Simfonik Orkestrə görkəmli dirijor Niyazi başçılıq edib. Azərbaycan bəstəkarların ilk iri həcmli, dünya şöhrətli simfonik əsərləri Niyazinin rəhbərliyi dirijorluğu ilə bu orkestrdə həyata vəsiqə almışdır.
Müxtəlif illərdə Bakıya qastrola gəlmiş bir çox görkəmli dirijorlar – N.Raxlin, A.Qauk, L.Ginzburq, A.Staseviç, K.Eliasberq, M.Rostropoviç və başqa dirijorlar orkestrlə işləmişlər. Azərbaycanlı dirijorlardan Ə.İsrafilzadə, Ç.Hacıbəyov, Ə.Bədəlbəyli, K.Abdullayev, Y.Adıgözəlov və b. orkestrə dirijorluq etmişlər.
Azərbaycan bəstəkarlarının simfonik musiqisinin yüksək professionallıqla təbliğində hal-hazırda da orkestrin böyük xidmətləri var.



Oxunub: 609169



Azərbaycan Televiziyaları
İnternet Radio
TEZLİKLƏ
Avia biletlərin satışı,
otellərin rezervasiyaı,
avtomobillərin kirayəsi,