Baş səhifə    » TARİXİ GÜNLƏR    » Noyabr   

Noyabr

  

1-Noyabr  
1889-Məşhur xanəndə Seyid Şuşinski dünyaya gəlib. 
1906 - Azərbaycanda «Füyuzat» jurnalı nəşrə başlayıb.
1907 – Rusiyada III Dövlət Duması fəaliyyətə başlayıb.
1923-Qəzəlxan-şair Əliağa Bakir dünyaya gəlib. 
1931-ci ildə Azərbaycan geoloqu Əliəşrəf Məmmədov doğulub.
1939 –Şair, publisist Məmməd İsmayıl anadan olub.
1993 - Azərbaycan Respublikası Müdafiə Şurasının ilk toplantısı keçirilib.
1999 - Ankarada prezident Heydər Əliyevə Atatürk Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib.
2008 - Azərbaycanda ilk dəfə «Kənd təsərrüfatı işçiləri günü” qeyd olunub.

2-Noyabr 
1934 – Tanınmış şair Oqtay Rzalı anadan olub.
1937 - Tanınmış bəstəkar Emin Sabitoğlu anadan olub.
1944 - Əfsanəvi partizan Mehdi Hüseynzadə həlak olub.
1992 - Azərbaycanla Efiopiya arasında diplomatik əlaqələr qurulub.
1993 - Prezident Heydər Əliyev ölkə əhalisini Ermənistan ordusunun işğalçı hücumlarına qarşı səfərbərliyə çağırıb.
1994 - Prezident Heydər Əliyev Ankarada dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubiley tədbirlərində iştirak edib.
2008 - Moskvada Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü olub.

3-Noyabr 
1803 - Çar Rusiyası qoşunlarının Gəncə xanlığına işğalçı yürüşü başlanıb.
1921 - Rusiya K(b)P Mərkəzi Azərbaycan, Ermənistan və Gürcüstanın federasiyasının yaradılması barədə qərar qəbul edib.
1929-Tanınmış tarzən Böyükağa Cavanşirov anadan olub. 
1974 - Azərbaycan Respublikasının Milli Qəhrəmanı Aqil Musayev anadan olub.
1983 - Görkəmli aktyor Əliağa Ağayev vəfat edib.
1994 - Azərbaycanla Çili arasında diplomatik münasibətlər qurulub.

4-Noyabr 
1928 - Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar verilib.
1997 - Bakıda "Kooperativ Demand" adı altında NATO-nun komanda-qərargah təlimlərinin hazırlıq seminarı keçirilib.

5-Noyabr 
1894-Ədəbiyyatşünas və publisist Vəli Xuluflu anadan olub. 
1992 - Naxçıvanda Yeni Azərbaycan Partiyasının Təşkilat Komitəsinin ilk toplantısı keçirilib.
2000 - Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçirilib. 

6-Noyabr 
Bu gün Azərbaycan televiziya və radio işçiləri peşə bayramıdır. 
1923-Tanınmış şair İslam Səfərli anadan olub.
1926 - Azərbaycan radiosunun yarandığı gündür.
1931 - Şair Tofiq Mahmud anadan olub.
1996 - Azərbaycanla Bəhreyn dövləti arasında diplomatik münasibətlər qurulub.
2004 - Təbrizdə Azərbaycan konsulluğu açılmışdır.
2005 - Üçüncü çağırış Milli Məclisə seçkilər keçirilib. İlk dəfə olaraq Xankəndi dairəsi üzrə də seçki keçirilmişdi.
2008 - Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisində çıxış edib.

7-Noyabr 
1908 - Tanınmış azərbaycanlı şair Maqsud Şeyxzadə anadan olub. 
1917 - Görkəmli bəstəkar Tofiq Quliyev anadan olub.
1917-Görkəmli rəssam Tağı Tağızadə doğulub. 
1918 – Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Hərbi Nazirlik yaradılıb.
1924-Azərbaycanın görkəmli alimi İbrahim Topçubaşov anadan olub. 
1929-Görkəmli alim Nəriman Şirinov anadan olub. 
1934-Tanınmış müğənni Oqtay Ağayev Bakıda doğulub. 
1940-Xanəndə Baba Mahmudoğlu dünyaya gəlib. 
1949 - Abşeron yarımadasında «Qara daşlar» adlanan yerdə ilk neft quyusu fontan vurub.
2010- Azərbaycan Respublikasının Milli Məclisinə 4-cü çağırış seçkilər keçirilib.

8-Noyabr 
1605 - Səfəvi və Osmanlı dövlətləri arasında Süfiyan döyüşü baş verib.
1944 - Yazıçı Cəlil Vəzirov anadan olub.
1967 - Bakı metrosu fəaliyyətə başlayıb. 
1993- Azərbaycanla Argentina arasında diplomatik münasibətlər yaradılıb. 
2000 - Avropa Şurası Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi barədə qətnamə qəbul edib.

9-Noyabr 
1865-Görkəmli hərbi xadimi Sadıq bəy Ağabəyzadə anadan olub. 
1914- Cənubi Azərbaycanda azadlıq hərəkatının görkəmli xadimi Səttarxan  vəfat edib.
1918 – Azərbaycan Cümhuriyyətinin hökuməti üçrəngli dövlət bayrağının qəbul olunması barədə qərar çıxarıb.
1924-Görkəmli heykəltaraş Mirələsgər Mirqasımov anadan olub. 
1991 – Azərbaycanın Respublikasının dövlət müstəqilliyi birinci olaraq Türkiyə tərəfindən tanınıb.
1993 – Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsi barədə bəyanat qəbul edib.
1998 – ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin həlli ilə bağlı “ümumi dövlət” adlı yeni planı tərəflərə təqdim ediblər.
2000 - Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edildi
2001 - Bakıda Dünya Azərbaycanlıların I qurultayı işə başlayıb.

10-Noyabr 
10 noyabr Ümumdünya Gənclər günüdür. 
1724 – Rusiya çarı I Pyotr erməni əhalisinin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə fərman verib.
1918 – Türkiyə (Osmanlı) ordu hissələri Bakını tərk etməyə başlayıblar.
1991 – Azərbaycan erməni silahlı qüvvələrin hücumlarının genişlənməsi ilə bağlı xarici dövlətlərin parlamentlərinə müraciət qəbul edib. 
1994 – Avropa Şurası Parlament Assambleyası Dağlıq  Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib.

11-Noyabr 
1467 - Ağqoyunlularla Qaraqoyunlular arasında Muş döyüşü baş verib.
1907- Azərbaycan şairi Mirmehdi Seyidzadə anadan olub. 
1934-Görkəmli riyaziyyatçı Arif Babayev anadan olub. 
1934-Tanınmış xanəndə İslam Rzayev doğulub. 
1917 - «Oktyabr inqilabı»ndan sonra gürcü, erməni, azərbaycanlı və rus millətçi partiyaları birgə fəaliyyət barədə qərar qəbul ediblər.
1948 - Energetiklər şəhəri Mingəçevirin təməli qoyulub.


12-Noyabr 
1902- akademik Firuz Məlikov anadan olub. 
1936-Tanınmış şair və jurnalist İbrahim Göyçaylı anadan olub. 
1921 – Rəssam Güllü Mustafayeva anadan olub.
1950 - Əməkdar artist Pərviz Sadıq Bağırov anadan olub. 
1993 - BMT Təhlükəsizlik Şurası Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı 884 saylı qətnamə qəbul edib.
1995 - Azərbaycanda ilk parlament seçkiləri və yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirilib.
1997 - "Əsrin müqaviləsi" çərçivəsində "Çıraq" yatağından ilk neft hasil olunub.

13-Noyabr 
1918 - «Brest sülhü»nün qüvvədən düşdüyü elan edilib.
1945 – Tanınmış şair Vahid Əziz anadan olub.
1945 – Xalq artisti Elmira İsmayılova anadan olub.
1948 – Aktyor, dramaturq Arif Mədətov anadan olub.
1960 – Kinorejissor, rəssam Şamil Nəcəfzadə anadan olub.
1988 - Ermənistanda azərbaycanlılara qarşı kütləvi qətliamların daha biri həyata keçirilib.

14-Noyabr 
1917 - Aviasiya general-leytenantı Kərim Kərimov anadan olub.
1925 - Şair Gəray Fəzli anadan olub.
1967 - Əməkdar artist Ələkbər Hüseynzadə vəfat edib.
2006 - Xalq artisti Oqtay Ağayev vəfat edib.
2006 - Brüsseldə Avropa Birliyi (AB) ilə Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı imzalanıb. 
2008 - Bakıda IV Enerji sammiti keçirilib. 
1915 - Görkəmli müğənni Rəşid Behbudov anadan olub.
1919 - Bakıda Azərbaycan-Ermənistan konfransı işə başlayıb.
1927 - Məşhur alim Xudu Məmmədov anadan olub.

15-Noyabr 
1603-  Şah Abbas İrəvan qalasını mühasirəyə alıb
1919 — Bakı Dövlət Universiteti (BDU) yaradılmışdır.

16-Noyabr 
1994 — Azərbaycan Respublikası ilə Əfqanıstan arasında diplomatik əlaqələr qurulmuşdur.
2004 — Azəri Press Agentliyi (APA) fəaliyyətə başlamışdır.

17-Noyabr 
Azərbaycanda  Milli Dirçəliş günü qeyd edilir.
1883 - Görkəmli cərrah Mirəsədulla Mirqasımov anadan olub.
1906-Azərbaycanın xalq rəssamı Lətif Kərimov doğulub. 
1918 - General V.Tomsonun başçılıq etdiyi ingilis qoşunları Bakıya daxil olub.
1933- Azərbaycanın görkəmli musiqi xadimi Gülarə Əliyeva anadan olub. 
1950-Xalq artisti Gülşən Qurbanova anadan olub. 
1988 - Bakıda ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq fasiləsiz mitinqlər başlayıb.
1990 - Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib.
2006 - Prezident İlham Əliyev türkdilli dövlət başçılarının Antalyada keçirilən 8-ci sammitində iştirak edib.
2007 - Bakıda türk dövlət və toplumlarının XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilib.

18-Noyabr 
1470- Azərbaycan şairi Həbibi anadan olub. 
1897-Azərbaycanın əməkdar mədəniyyət işçisi Qulam Məmmədli anadan olub.
1910 - Tanınmış neftçi Süleyman Vəzirov anadan olmuşdur.
1992 - Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlər qurulub.
1992 - Milli Məclis Azərbaycanın BMT-nin qaçqınların statusu ilə bağlı Konvensiya və Protokoluna qoşulması barədə qərar qəbul edib.
1993-Azərbaycanla Zambiya arasında diplomatik münasibətlər yaradılıb.
1999 - İstanbulun "Çırağan" sarayında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi ilə bağlı tarixi sənədlər imzalanıb.
2002 - Azərbaycan Respublikasının NATO-nun Parlament Assambleyasına assosiativ üzvlüyə qəbul edilməsi.

19-Noyabr 
1900 —"Bakı Camaatının Həyatı və Velikoknyaz Prospekti ilə Hərəkəti" filmi ilk dəfə nümayiş olunmuşdur.
1996 — Azərbaycan Respublikası Fil Dişi Sahili ilə diplomatik əlaqələr qurmuşdur.
2008 — Haaqada "Azərbaycanın Holland dostları" cəmiyyəti təsis edilmişdir.

20-Noyabr 
1945 — Təbrizdə "Azərbaycan Xalq Konqresi" təsis edilmişdir.
1957 — Xəzərdə fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik 2 neftçi briqadası həlak olmuşdur.
1975 — Bakıda Üzeyir Hacıbəyovun ev muzeyi açılmışdır.
1991 — Qarakənd faciəsi baş vermişdir.
1992 —İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında memorandum imzalamışdır.
2000 — Avropa Şurası iclas gündəliyə "Ermənistan və Azərbaycanın demokratik inkişafının müşahidə edilməsi" adlı bənd daxil edilməsini qərara alınmışdır. 

21-Noyabr 
1949 — Sumqayıt şəhərinin təməli qoyulmuşdur.
1990 — Naxçıvan MR Ali Məclisi 20 yanvar hadisələrinə siyasi qiymət vermişdir.
1992 — Naxçıvanda Yeni Azərbaycan Partiyası təşkil edilmişdir.
1994 — Əhalinin sosial müdafiəsi Fondu təsis edilmişdir.

22-Noyabr 
22 noyabr ədliyyə işçilərinin peşə bayramıdır. 
1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Ədliyyə Nazirliyinin Əsasnaməsini təsdiq edib.
1922 - Görkəmli bəstəkar Fikrət Əmirov anadan olub.
1922 - Xalq yazıçısı Hüseyn Abbaszadə  anadan olub.
1933 - Görkəmli kinorejissor Rasim Ocaqov anadan olub.
1933-Yazıçı Firudin Ağayev anadan olub. 
1938 - Tanınmış aktyor Həsən Məmmədov anadan olub.
1949- Sumqayıt respublika tabeliyində şəhər elan edilib. 
1950 - Populyar bəstəkar Cavanşir Quliyev anadan olub.
1982 - Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosuna üzv seçilib, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini təyin edilib.
1995 - Azərbaycanla Yamayka arasında diplomatik münasibətlər qurulub.
2007 - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin təməlatma mərasimi keçirilib.

24-Noyabr 
1995 — Azərbaycan Respublikası Bruney ilə diplomatik əlaqələr qurmuşdur.
1988 — Sovet rəhbərliyi Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq etmişdir
1992 — ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na 907-ci Əlavəni qəbul edib.
2006 — Mehriban Əliyeva İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

25-Noyabr 
1875 - Görkəmli dövlət xadimi Fətəli xan Xoyski anadan olub.
1901 - Xalq artisti Mərziyyə Davudova doğulub.
1905 - Bakıda ilk fəhlə deputatları soveti yaradılıb.
1918 - Tanınmış yazıçı-dramaturq İmran Qasımov anadan olub.
1935 - Şair Soltan Yusifov anadan olub
1935 - Xanəndə Qaraxan Behbudov anadan olub.
1994 - Xalq artisti Məmməd Burcəliyev vəfat edib.
1999 - Azərbaycanla ATƏT arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
2000 - Bakıda və Azərbaycanın digər bölgələrində 6-6,5 bal gücündə zəlzələ baş verib.

26-Noyabr 
1917 – Rusiya imperiya ərazisində Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirilib
1991 – Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi barədə qərar qəbul olunub.
1991 – Milli Şuranın yaradılması barədə qərar qəbul edilib.
1884-Azərbaycan coğrafiyaşünası Qafur Rəşad Mirzəzadə doğulub. 
1928-Tanınmış aktyor Müxlis Cənizadə anadan olub.

27-Noyabr 
1802- Məşhur Azərbaycan alimi Mirzə Kazımbəy anadan olub. 
1912-Xalq artisti İsa Musayev anadan olub. 
1929-Əkinçilik elminin inkişafında müstəsna xidmətləri olan alim Faiq Məmmədov anadan olub. 

28-Noyabr 
1578 – Səfəvi qoşunları ilə Krım xanı Adil Gərayın qoşunları arasında döyüş olub.
1852 - Görkəml şair, mütəfəkkir Mirzə Şəfi Vazeh vəfat edib.
1893-General Tərlan Əlyarbəyov dünyaya gəlib. 
1923-Tanınmış oftalmoloq Zəhra Quliyeva anadan olub.
1939 - Bəstəkar Sevda Mirzə qızı İbrahimova anadan olub.
1939 – Tanınmış el aşığı Alqayıt Xəlilov anadan olub.

29-Noyabr 
1744 - İran şahı Nadir şah Şəkiyə yürüş edib.
1918 – Məhəmməd Əmin Rəsulzadə ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı Azərbaycan əhalisinə müraciət edib.
1928 - Dünya şöhrətli rəssam Tahir Salahov anadan olub.
1947 - Tanınmış jurnalist Mirzə Xəzər doğulub.
1990 – Azərbaycan SSR-in adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı elan edilməsi barədə fərman verilib.

30-Noyabr 
1929-Filosof Həsən Şirəliyev anadan olub. 
1934 - Tanınmış şair, tərcüməçi İlyas Tapdıq anadan olub.
1937-Tanınmış telerejissor Əmirhüseyn Məcidov doğulub. 
1990 - Erməni təxribatçı dəstələrinin Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partlatması nəticəsində 2 azərbaycanlı həlak olub 11 nəfər yaralanıb.
2001 - MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycanla Qazaxıstan arasında Xəzərin dibinin orta xətt prinsipi üzrə bölünməsinə dair dövlətlərası saziş imzalanıb.



Oxunub: 88664