Baş səhifə    » MİLLİ FACİƏLƏR    » Bölünmə faciəsi   

Bölünmə faciəsi

  

Son beş yüz ildə Azərbaycan təxminən 20 dəfə bölünmə siyasətinin qurbanı olmuş və bu faciələri yaşamaq məcburiyyətində qalmışdır. Həmin faciələrin xronoloji ardıcıllığı belədir: 

1534 – cü il
Azərbaycanın cənub-qərb bölgəsi olan Mosul, Kərkük, Ərbil, Süleymaniyyə şəhərləri Səfəvi dövləti ilə Osmanlı dövləti arasında baş verən müharibə zamanı Osmanlı imperiyasının tərkibinə keçmiş və 1926-ci ildə Türkiyə ilə İngiltərə arasında bağlanan “5 iyun müqaviləsi” nəticəsində İngiltərənin himayəsinə verilmişdir.

1736 – cı il
Gəncə bəylərbəyi Cavad xan Ziyad oğlu Nadirinin Muğanda şah elan olunmasının əleyhinə çıxdığı üçün Nadir şah Borçalını Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən ayırıb Kartli-Kaxeti çarlığına bağışlamış, sonralar isə 1801- ci ildə Rusiya ilə Gürcüstan arasında bağlanmış olan Georgiyevski aktı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı Rusiya ərazisinə qatılmışdır.

1813-1828 – ci illər
“Gülüstan” və “Türkmənçay” müqavilələri nəticəsində Dərbənd də daxil olmaqla Azərbaycanın Arazdan quzeydə 140 min km2 hissəsi Rusiyanın, Azərbaycanın güney hissəsi isə Fars imperiyasının əsarəti altına düşüb.

1840-cı il
1840-cı il islahatları zamanı Azərbaycanın Rusiya tərkibinə qatılan hissəsinin quberniyalara bölünməsi nəticəsində ərazisi 7 min km2 olan Dərbənd, Altıparın, Axtı, Doqquzparın, Qaytaq və digər ətraf rayonlar Dağıstan vilayətinə birləşdirildi.

1837-ci il
1837—ci ildə Rus işğalı altındakı Azərbaycanın qərb hissəsi “Ermənistan” ölkəsi elan edildi.

1906-cı il
1906 –cı ildə Şərqi və qərbi Azərbaycanın ostanlara ayrılması aparılan inzibati bölgüdə Arazdan cənubda olan Azərbaycan torpaqları 2 hissəyə-mərkəzi Təbriz olan şərqi Azərbaycan və mərkəzi Urmiya olan Qərbi Azərbaycan vilayətinə (ostanına) bölündü.

1918-ci il
1918- ci ildə Tiflisdə Azərbaycan hökuməti Rusiyanın təzyiqi ilə qərar qəbul edərək İrəvan quberniyasının böyük bir hissəsinin 9 min km2-lik bir ərazini ermənilərə güzəştə gedib.

1920-ci il
1920-ci ildə Rusiya imperiyası Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyinə son qoyub ərazisini işğal etdikdən sonra 1920- ci il 1 dekabr bəyanatına əsasən Azərbaycanın Zəngəzur bölgəsi – 4505 km2-lik Qafan, Gorus və Sisiyan Ermənistana verildi.

1920 – ci il
1920 – ci ildə Rusiya imperiyasının təzyiqi ilə Naxçıvanda Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi Ermənistan ərazisinə birləşdirildi.

1922-ci il
1922-ci ildə rus bolşeviklərinin təzyiqi və erməni daşnaklarının hiyləsi ilə tarixi Dərələyəz ərazisi ermənilərə verildi.

1929-1930-cu illər
1929 – 1930- cu illərdə Aldərə, Lehvaz, Astazur, Nüvədi və s. kəndlərin Ermənistana verilməsi və bu ərazidə Muğru (Meqri) rayonunun yaradılması nəticəsində Naxçıvan bölgəsi Azərbaycanın digər rayonlarından ayrı salındı.

1938 –ci il
1938 –ci ildə Naxçıvanda Sədərək və Kərki ətrafındakı ərazilər ermənilərə verilmişdir.

1938- ci il
1938 –ci ildə Zəncan və ətraf kəndləri şərqi Azərbaycandan ayrılaraq müstəqil vilayət (ostan) adlandırıldı.

1943-cü il
Cənubi Azərbaycanda başlayan milli azadlıq hərəkatından yararlanan kürdlər Marağa, Sınıqqala, Həmədan, Sənəndəc və digər ərazilərdə müstəqil kürd dövləti yaratdılar. Milli-azadlıq hərəkatının süqutundan sonra isə bu ərazinin bir qismində kürd ostanlığı təşkil edildi.

1952-ci il
1952-ci ildə Gilan və ətraf kəndləri şərqi Azərbaycandan ayrılaraq Gilan vilayətinə (ostanlığına) çevrildi.

1954-cü il
1954-cü ildə Astaranın itirilməsi – Astara və kəndləri şərqi Azərbaycandan qoparılaraq Gilan vilayətinə (ostanlığına) birləşdirildi.

1980- ci il
1980- ci illərin ortalarında sovet rəhbərliynin təzyiqi və təkidi ilə Ordubadın Kobat və Kilid kəndlərinin bəzi hissələri Ermənistana verildi.

1982-ci il
1982-ci ildə sovet rəhbərliynini təzyiqi və təkidi ilə Qazaxın İncədərəsi yaylağı ilə birlikdə Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndləri də Ermənistana qatıldı.

1984- cü il
1984- cü ildəki inzibati bölgüyə əsasən fars işğalı altında olan Azərbaycan əraziləri aşağıdakı inzibati əraziyə bölünmüşdür: Şərqi Azərbaycan (67100kv. km.) Qərbi Azərbaycan (43700km2.) Gilan, Zəncan, Sənəndəc, Həmədan, Tehran, Mazandaran, Kirmanşah, Xürrəmabad, Elam, Əhvaz (169200 km2.)



Oxunub: 93510