Baş səhifə    » HEYKƏLTƏRAŞLIQ    » Heykəltəraşlar   

Pinxos Sabsay

  

Pinxos Sabsay (1893-1980)

Sovet dövrünün heykəltəraşıdır. Odessa Rəssamlıq Texnikumunu və Peterburq Rəssamlıq Akademiyasını bitirib. 1917-ci ildə Odessa Təsviri İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başlayıb.
1918-ci ildə Vladimir İliç Leninin portret heykəllərini, “Əmək” monumental barelyefini yaradıb. 1928-ci ildən başlayaraq Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməyə başlayıb. İki il sonra onun Mirzə Fətəli Axundovun abidəsinin açılışı olub. Bakıda monumental heykəllərlə yanaşı, həm də barelyeflərin üzərində işləyib. 1932-ci ildə Sabsay 55 fiqurdan ibarət olan 22 metr hündürlüyündə “İdmandan əməyə və müdafiəyə doğru” barelyefi yaradır. Bu əsər Bakıda İdman Sarayında qoyulub. 1933-cü ildə Bakı Fəhlə Teatrının foyesində onun müəllifi olduğu bir sıra barelyeflər yer alıb. 1937-ci ildə Sabsay Bakı neftçilərinə həsr etdiyi 12 metrlik “Qazma zərbəçiləri” bareyefinin də açılışı baş tutub. 
"Neftçi Kaveroçkin", "Rəssam S.Bəhlulzadə", "Neftçi Babayev", "Yazıçı Süleyman Rəhimov", S.Vurğunun mənzil-muzeyi üçün monumental portreti və s. ibarət portretlər qalereyası var. "A.S.Puşkinin portreti" ("Elegiya") onun ən kamil əsərlərindəndir. 
Azərbaycan SSR-in əməkdar incəsənət xadimi (1959), SSRİ-nin xalq rəssamı (1973) olub. Həmçinin, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947), 1-ci dərəcəli Stalin mükafatı laureatı olub.



Oxunub: 96960