Baş səhifə    » MUSİQİ    » Rəqs ansamblları   

Rəqs ansamblları

  


Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı

F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyov tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə Ü.Hacıbəyovla yanaşı, tanınmış bəstəkarlardan Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib. Ansamblın repertuarını Azərbaycan və dünya xalqların mahnı rəqsləri, xor əsərləri təşkil edir. 2000-ci ilin yanvar ayından ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı alətləri fəaliyyət göstərir. Azərbaycan musiqi mədəniyyətin təbliğində müstəsna xidmətlərinə görə ansambl 13 iyul 1958-ci ildə “Əməkdar kollektiv” fəxri adına layiq görülüb.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyət göstərir.

“Çinar” rəqs ansamblı
1959-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda, indiki Azərbaycan Tibb Universitetində (ATU) rəqs ansamblı yaratmaq təşəbbüsü irəli sürülmüşdür. Ansambl məşhur rəqqasə Əminə Dilbazinin rəhbərliyi ilə yaradıldı.
Yarandığı 3 aydan sonra ansambl Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir. Moskvadan qayıdandan sonra uğurlarına görə "Çinar"a xalq ansamblı adı verilmişdir. 1970-ci illərdən başlayaraq “Çinar” ansamblı Almaniya, Sloveniya, Polşa, Əlcəzair, Türkiyə və Kiprdə uğurlu qastrol səfərləri keçirmişdir.



Oxunub: 82928